Azərbaycanda ilk dəhzətli film çəkilib

img

13-05-2010 [06:41]


"Trend" informasiya agentliyində "R-Clan Cinema" tərəfindən Regional Televiziyanın dəstəyi ilə Azərbaycanda çəkilən ilk dəhşətli filmlə bağlı mətbuat konfransı keçirilib. "Güzgü" adlanan bu mistik-trillerin ssenari müəllifi və rejissoru Ramil Adiloğlu, operatoru Dadaş ADNA, səs rejissoru Sahib CS və Oqtay Nəbz, montajçısı isə Azər Süleymanlıdır. Baş rolda Samir Xattab, digər rollarda isə Zaur Əlioğlu, Samirə Əhməd, Mir-Mövsüm Səid və başqaları çəkiliblər. "Güzgü"nün xarici ölkələrdə nümayişi, o cümlədən İslam ölkələrinin "Qızıl minbər" festivalında iştirakı da nəzərdə tutulur. Filmin süjet xətti güzgü ilə bağlı yaşanan qorxulu hadisələrdir. Baş qəhrəman Toğrula gələn zəng onu Azərbaycana geri dönməyə vadar edir. Qardaşının şəriətə zidd şəkildə xristian qəbiristanlığında basdırılması gözəgörünməz aləmin Toğrulun həyatına müdaxiləsinə səbəb olur... Yəqin ki, filmə baxanlar hadisələrin necə bitəcəyindən hali olacaqlar. Tamaşaçıların fikrini hələ dəqiq bilməyən filmin rejissoru və yaradıcı heyət öz işlərindən razı qaldıqlarını və istənilən halda tarixə ilk qorxu filmimizin yaradıcıları kimi imza atdıqlarını bildirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA