Elza Seyidcahan "Yazıl dünya"sını göstərdi

img

26-05-2010 [07:02]


Məşhur bəstəkar-müğənni Elza Seyidcahan Heydər Əliyev Sarayında "Yaşıl dünya" adlı solo-konsert proqramı ilə çıxış etdi. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının dəstəyi ilə təşkil olunan iki hissəli konsertdə təkcə səbəbkar özü deyil, həm də onun mahnılarını ifa edən sənət yoldaşları tamaşaçılara öz töhfələrini verdilər. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, konsertöncəsi səhnədə quraşdırılmış ekranda E.Seyidcahanın "Ekologiya ili" çərçivəsində bölgələrdə verdiyi konsertlərdən və bu konsertlərdən sonra həyata keçirilən ağacəkmə aksiyalarını əks etdirən videoçarx da nümayiş etdirildi. Səhnəyə isə ilk olaraq Elza xanımın bacısı, Dövlət Opera və Balet Teatrının solisti Rasimə Muradova çıxdı. Onun vokal imkanları tamaşaçıların gurultulu alqışlarına səbəb oldu. Daha sonra Samira, Güllü, İlhamə Qasımova, Ramal və Vüsal İsrafilov qardaşları, Elnarə Abdullayeva, Gülyanaq Məmədova, Kamal Qarabasma, Elnur Məmmədov, Ülviyyə Tağıyeva, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, qiraətçi Əminə Yusifqızı çıxış etdilər. Bir çox sənətçilər Elza xanımın mahnılarını duet şəklində oxudular. Türk müğənnisi, "Pop-star Alaturka" yarışmasının qalibi Gökhanın çıxışı isə tamaşaçıların xüsusilə ürəyincə oldu. Maraqlıdır ki, hələ bir neçə gün öncə konsert biletlərinin satışı ilə bağlı problemlər yaransa da, zal tamaşaçılarla dolu idi. Amma səhnədə yaşıllığa işarət edən heç bir dekorasiyanın olmaması seyrçiləri təəccübləndirdi. Elza Seyidcahan vəd etdiyi maraqlı açıqlamalarını da etmədi. O, sadəcə olaraq bildirdi ki, bu gün səhnədə onunla birgə çıxış edən sənət dostlarını təbiətə fayda verən yaşıl bitkilərlə müqayisə edir. Müğənninin sözlərinə görə, sənəti də məhz belə insanlar yaşadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA