Gömrükdə dollar - Əməliyyatı

img

10-11-2016 [18:11]


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılması cəhdin qarşısını alıblar.

Mia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Bakı-Tbilisi aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikasının vətəndaşı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın şalvarının və pencəyinin ciblərində, əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən 200 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 20 min ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA