"Trampın özü və arvadı ilə də fotolarım var" - Partiya sədri ABŞ prezidenti ilə əlaqəsindən danışdı

img

10-11-2016 [16:49]


İllər əvvəl ABŞ rəsmiləri ilə çəkilmiş bir sıra fotoları mətbuatda yayılan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra Hilari Klintonla olan fotolarını da yayacağını bildirmişdi.

Mia.az xəbər verir ki, Moderator.az-a açıqlama verən partiya sədri söz verdiyi fotoları yaymaq fikirindən daşındığını bildirib: 

"Mən belə bir açıqlama vermişdim. Amma son gördüklərimdən sonra bu fikirimdən daşındım. Mənim nəin ki, H.Klintonla, hətta Trampın özü və arvadı ilə də fotolarım var. Bir az öncə sosial şəbəkələrdə mənim Trampla birgə fotolarımı da yayıblar. Mən siyasətçiyəm, siyasətçilərlə əlaqəm və fotolarımolması təbii haldır. 

Ziya Məmmədovun oğlu kimi Trampla şəklimi paylaşıb, özümü reklam da etmək fikrindən uzağam. Məmmədovlar Trampın qalib gəlməsinə elə sevinirlər, elə bil ABŞ prezidenti Tramp yox, Məmmədov seçilib. Donald Tramp biznesmen olanda biznesi olan bir çox insanlarla görüşüb. Z.Məmmədov məmur olsa da, oğlu vasitəsi ilə qanunsuz biznes fəaliyyəti qurub. 

Özü də bildirib ki, Trampın seçki kampaniyasına 100 milyon dollar xərcləyib. 1700 manat maaşla bu pulun necə yığıb? 

Gəlsin onun hesabatını versin. Trampa gəldikdə isə o, artıq prezidentdir. Tramp bizneslə məşğul ola bilməz. Buna görədə o, Məmmədovları bundan sora heç yadına da salmayacaq. Məmədovlar və qudaları Heydər Əsədov korrupsiya bataqlığında boğulurlar. Bu şəxslər qardaşım İlham Əliyevə qarşı yaradılmış koalisiyanın başında durublar. Ona görə də onlar dərhal vəzifələrindən azad edilməli və həbs olunmalıdılar.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA