10-11-2016 [14:30]
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Trend-ə müsahibə verib.
Mia.az müsahibəni oxuculara təqdim edir:
– ABŞ-dakı seçki prosesi dövründə bir sıra dövlətlər və siyasətçilər ABŞ-dakı seçki prosesi barədə şərhlər verir, namizədlərin xeyrinə çıxışlar edir və mülahizələr yürüdürdülər. Amma seçkinin nəticələri fərqli oldu. Seçkilərin nəticələri barədə nə deyərdiniz?
– ABŞ-da keçirilən prezident seçkiləri prosesi dünyanın diqqətində olan məsələdir. Təbii ki, biz də təmkinlə seçki prosesini yaxından izləyir və müşahidə edirdik. Amma digər dövlətlərin daxili işlərinə qarışmamaq Azərbaycanın xarici siyasətinin təməl prinsiplərindəndir. Azərbaycan bu siyasətə ciddi surətdə əməl edir və digər dövlətlərdən də eyni münasibətin sərgilənməsini gözləyir. ABŞ-dakı prezident seçkilərində ABŞ vətəndaşları seçki hüququndan istifadə edərək öz siyasi iradələrini ortaya qoydular və seçkilərin nəticəsi məlumdur.
Dövlətimizin başçısı tərəfindən Amerika Birləşmiş Ştatları xalqının iradəsinin ifadəsi olaraq prezident seçilmiş cənab Donald Trampa qələbə münasibətilə səmimi təbrik məktubu ünvanlandı. Məktubda ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvarlığını ifadə edən Prezident İlham Əliyev ölkələrimizin siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində, o cümlədən beynəlxalq terrorizmə qarşı mübarizədə və NATO-nun Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal əməkdaşlıq etdiyini vurğuladı. Həmçinin, dövlətimizin başçısı tərəfindən ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olduğuna diqqət çəkilərək yeni administrasiya dövründə ABŞ-ın bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə öz töhfəsini verəcəyinə ümidvarlıq ifadə olunmuşdu.
– Bu əsasda ABŞ-dakı prezident seçkilərindən sonra Azərbaycan-ABŞ əlaqələrinin inkişaf perspektivlərini necə görürsünüz?
– Dövlətimizin başçısı tərəfindən ABŞ Prezidentinə ünvanlanmış məktubda qeyd olunan istiqamətlər əslində Azərbaycan-ABŞ əlaqələrinin qarşıdan gələn illər ərzində perspektiv inkişaf sahələrini müəyyən edir. Azərbaycanın 25 illik müstəqillik dövründə iki ölkə arasında siyasi dialoqun inkişafı, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji sahəsində əməkdaşlıq və Azərbaycanın karbohidrogen resurslarının dünya bazarına çıxarılması, müasir dövrün hədə və təhdidləri, o cümlədən kütləvi qırğın silahları və onların komponentlərinin yayılmasının qarşısının alınması, beynəlxalq terrorizmə qarşı mübarizə kimi sahələrdə uğurlu əməkdaşlıq qurulub. ABŞ Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılması məsələsində ölkəmizin həyata keçirdiyi siyasəti daim dəstəkləyib. Xüsusilə müstəqilliyimizin ilk illərində ABŞ-ın azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardımı, azad bazar sisteminə keçidlə əlaqədar institusional dəstəyi və neft-qaz sektorunu əhatə edən irimiqyaslı strateji lahiyələrin həyata keçirilməsində əməkdaşlığımız tərəfimizdən yüksək qiymətləndirilir.
Hazırkı şəraitdə iki ölkə arasında iqtisadiyyat, ticarət, sərmayələr, yüksək texnologiyalar və turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün səylərin artırılması vacibdir. Məsələn, son illərdə ABŞ-dan alınmış "Boeing” tipli təyyarələr Azərbaycanın hava şirkətlərinin təyyarə parkını genişləndirib. İlk Azərbaycan peyki də məhz ABŞ-da istehsal olunub. Milyard dollarla ölçülən bu sifarişlər ABŞ-da minlərlə yeni iş yerinin açılmasına və ya mövcud iş yerlərinin saxlanmasına xidmət edərək, özlüyündə ABŞ iqtisadiyyatına bir töhfədir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun ABŞ-da daşınmaz əmlaka yatırdığı investisiyaları var. 2014-cü ildən etibarən "Azərbaycan Hava Yolları" Bakı – Nyu York marşrutu üzrə birbaşa uçuşlar həyata keçirir. Bu uçuşlar turizm, humanitar və işgüzar sahələrdə fəallığa öz müsbət təsirini göstərir. Bu reyslə səfər edən ABŞ vətəndaşları sadələşdirilmiş qaydada hava limanında viza ala bilirlər.
Həmçinin, Azərbaycanın bilavasitə iştirakı ilə həyata keçirilən Cənub Qaz dəhlizi və Şərq-Qərb nəqliyyat dəhlizi kimi layihələr ABŞ şirkətləri üçün də əlverişli imkanlar vəd edir.
Ölkəmizdə həyata keçirilən köklü iqtisadi-maliyyə islahatları, iqtisadiyyatın şaxələndirilməsi və xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan işləri nəzərə alaraq, ABŞ şirkətlərinin və investisiyalarının daha yaxından Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsinin stimullaşdırılmasına zərurət vardır. Nəzərə almaq lazımdır ki, seçkiqabağı kampaniyada yeni seçilmiş prezident Donald Tramp ABŞ iqtisadiyyatının inkişafını və tərəfdaşlarla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini prioritet vəzifələrdən biri kimi müəyyən edib.
Məlum 11 sentyabr hadisələrindən sonra Azərbaycan ABŞ-ı terrorizmə qarşı mübarizədə dəstəkləyən ilk ölkələrdən biri oldu və bu məqsədlə öz hava məkanını ABŞ və onun müttəfiqləri üçün açıq elan etdi. Etibarlı və təhlükəsizlik nəqliyyat dəhlizi kimi ötən müddət ərzində Əfqanıstandakı sülhyaratma əməliyyatı məqsədilə ABŞ və müttəfiqlər Azərbaycanın təmin etdiyi bu tranzit imkanlarından istifadə edirlər. Əfqanıstanda ABŞ və Azərbaycan əsgərlərinin çiyin-çiyinə beynəlxalq sülh naminə xidmətləri sülhyaratma əməliyyatları sahəsində əlaqələrimizin inkişafının göstəricisidir. Onu da yüksək qiymətləndiririk ki, müdafiə və hərbi təlim-tədris sahəsində ABŞ-la əməkdaşlıq nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin NATO üzv dövlətləri ilə operativ əməliyyat uyğunluğu ("interoperability") imkanları inkişaf edib.
Ümumiləşdirərək qeyd edə bilərik ki, qarşıdan gələn illərdə qarşılıqlı hörmət, anlaşma, bərabərlik və dialoq şəraitində əlaqərimizin siyasi, iqtisadi-ticarət, turizm və humanitar gündəliyinin və müasir dövrün hədə və təhdidləri, o cümlədən terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığımızın inkişafı üçün böyük və əlverişli perspektivlər var.
– Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-dan gözləntisi nədən ibarətdir?
– Dövlətimizin başçısı tərəfindən ABŞ-ın yeni seçilmiş prezidentinə ünvanlanmış təbrik məktubunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xüsusi olaraq qeyd olunub. Məktubda Azərbaycanın Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkdiyi, ərazilərimizin 20 faizinin işğal altında olduğu, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü qeyd olunaraq, münaqişənin həllinə dair Azərbaycanın qəti mövqeyi bir daha ifadə olunub. Belə ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan buna məhəl qoymur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməlidir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-dan da gözləntimiz ondan ibarətdir ki, hazırda danışıqlar masasında olan təkliflərə uyğun olaraq, digər həmsədr dövlətlərlə birlikdə münaqişənin həlli istiqamətində səylərini artırsın və nəticə etibarilə, regionda davamlı sülh, sabitlik və hərtərəfli regional əməkdaşlıq təmin olunsun.
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı
Agentlik büdcənin "ağzı"nı taybatay açıb - Türkiyədən jurnalist və blogerlərin ölkəmizə səfəri üçün 754 min manat xərclənəcək
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
Axtarışda olan iki azərbaycanlı Gürcüstandan ekstradisiya olunub
Baş redaktordan Su idarəsinin rəisinə sərt mesajlar: "Bu “hüquqşünas” ayıbına kor olmaq əvəzinə hələ utanmadan deyir ki.." (VİDEO)
Tramp–Əliyev xətti və İranın gələcəyi: Cənubi Azərbaycan üçün geopolitik pəncərə - TƏHLİL
Milli Məclisdə daha br sahə üzrə dinləmə keçiriləcək
Yaponiya növbədənkənar seçkiyə gedir - Parlament buraxıldı
Bakıda dəm qazı daha bir can alıb
Azərbaycan nefti ucuzlaşdı - 1.3 dollar
Şəkidə evdə partlayış olub
İlham Əliyevlə Paşinyan ayaqüstü söhbət ediblər - Davosda
Dövlət sektorunda işçilərin sayı azaldılr - Nə baş verir? (Şərh)
Avropa Liqası: "Fənərbağça" ilk 8-liyə qalma fürsətini qaçırdı
Türkiyə futbolunda mərc oyunu: daha 103 menecer cəzalandırıldı
Rusiya hərbi təyyarəsi Suriyaya gəldi - Moskva nə etmək istəyir?
Bloger ölkədən qaçdı: "Polis qorxusuyla hər gecə..."