10-11-2016 [13:11]
"Ermənistanın hazırki və keçmiş 3 vətəndaşı - Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və "Meridian" Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan Bakıya gələrək Qarabağ mövzusunda təşkil olunan konfransda iştirak xüsusi əhəmiyyətə malik idi".
Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, əvvəla hər üç erməni Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyib:
"Onlar Dağlıq Qarabağın Azərbaycan tərkibində ən yüksək muxtariyyat statusuna razı olduqlarını dedilər. Bu Azərbaycan prezident İlham Əliyevin Rusiyanın "Sputnik” agentliyinə verdiyi son müsahibədə "Dağlıq Qarabağa muxtar respublika statusu verilə bilər” fikri ilə də üst-üstə düşür.
İkincisi, Bakıya gələn ermənilər Xocalı soyqırımı abidəsini ziyarət etdilər. Bu Ermənistan hərbi hissələrinin yerli separatçılarla birgə Azərbaycan ərazisində soyqırım törətməsinin etirafı idi.
Üçüncüsü, Bakıdakı konfransda iştirak edən ermənilər prezident Serj Sərkisyanın Ermənistanı uçuruma apardıqlarını və bu şəxsin dövlət başçısı olduğu müddətdə ölkələrinin vəziyyətinin daha da ağırlaşacağını bildirdilər".
Ekspertin sözlərinə görə, erməni fəalların iştirakı ilə Bakıda keçirilən konfrans Azərbaycanın uğurlu piar-gedişidir:
"Ermənilərin Bakıya dəvət edilərək fikirlərini sərbəst bildirmələri Ermənistan hakimiyyətinin illərdir apardığı "azərbaycanlılar bütün ermənilərə nifrət edirlər, ona görə də iki xalqın Qarabağda birgə yaşayışı mümkün deyil” təbliğatını als-üst oldu. Azərbaycanlılar bütün ermənilərə nifrət etmirlər. Azərbaycanlılar Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycan tərkibində varlığını qəbul edən, o cümlədən Xocalıda soyqrımını baş verdiyini etiraf edən ermənilərlə ünsiyyət qurmağa və onları Bakıya dəvət edib müxtəlif konfranslarda iştirak etməsinə şərait yaratmağa hazırdırlar".
Politoluqun sözlərinə görə, 3 erməni fəalın Bakıya gələrək konfransda çıxış etmələri İrəvana o dərəcədə təsir edib ki, Ermənistanın heç bir mediası bu haqda xəbər yaymayıb:
"Məsələ burasındadır ki, ermənilərin Bakıya gələrək "Dağlıq Qarabağ əvvəllər olduğu kimi Azərbaycanın tərkibində olmalıdır və bununla iki dövlət normal münasibətlər qurmalıdırlar” demələri Ermənistanın siyasi dairələrində şok effekti yaradıb. Çünki, Ermənistan hakimiyyəti artıq qorxmağa başlayacaq ki, Ermənistanda Bakıya gələn ermənilər kimi düşünənlər az deyil və onlar da gələcəkdə Bakıya gələn ermənilərə qoşula bilərlər. Ermənistanda başqa ermənilər də var ki, Dağlıq Qarabağın Azərbaycan tərkibində varlığını mümkün sayıtrlar, sadəcə represiyaya uğrayacaqlarından bunu açıq deməyə qorxular. Bunun əksi mümkün deyil. Azərbaycanın hətta hakimiyyətə qarşı ən qatı müxalif olan fəalı İrəvana gedib "Dağlıq Qarabağ müstəqil və ya Emənistana aid olmalıdır” deməz".
Rəsmi Bakının bu siyasəti genişləndirməsinə ehtiyacın olduğunu deyən Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanda Sərkisyana qatı müxalif olan fəallar çoxdur:
"Dağlıq Qarabağın Ermənistana yük olduğunu dərk edən həmin fəallarla da dialoq qurmağa ehtiyac var. Doğrudur, onlar Dağlıq Qarabağla bağlı qəti fikir söyləməkdə çətinlik çəkirlər, ancaq onlar da bilirlər ki, Azərbaycanla müharibə şəratində yaşamaq Ermənistanı uçuruma aparır.
Bakıya gələn ermənilərin açıqlamaları beynəlxalq aləmə və həmsədr dövlətlərə də ciddi mesajdır ki, Dağlıq Qarabağda yaşayan ermənilər separatçıların hərbi-siyasi təzyiqi altında olmasalar onlar Azərbaycanın tərkibində yaşamağa hazırdırlar. Çünki onlar anlayırlar ki, daima Azərbaycanla müharibə qorxusu altında yaşamaq olmaz. Bütün hallarda onlar bu müharibədə qalib olmayacaqlar, Azərbaycan isə heç bir halda Dağlıq Qarabağın "müstəqilliyinə” seyrçi qalmayacaq.
Digər tərəfdən hazırki şərtlər daxilində Dağlıq Qarabağda referendum keçirmək mümkün deyil. Çünki, separatçıların nəzarəti altında keçirilən referendumda ermənilərin sərbəst fikir bildirmələri onların həyatı üçün risqlidir. Məhz bu risqə görə Bakıdakı konfransda iştirak edən 3 ermənidən ikisi fikirlərini sərbəst bildirklərinə görə, Ermənistan hakimiyyətinin təzyiqi ilə üzləşmiş və xaricdə sığınacaq almışlar".
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var