Prezidentliyə sabiq namizədin əsəbi pozulub - Həyat yoldaşı danışdı

img

10-11-2016 [12:50]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Süleymanovun uzun müddətdir ki, səhhətində problem yaranıb.

Mia.az xəbər verir ki, bu barədə Modern.az-a Nizami Süleymanovun xanımı Lətifə Süleymanova məlumat verib.

"3-4 ay olar ki, Nizami müəllimin səhhətində problem var. Əsəb sistemi pozulub. Tez-tez xarici ölkələrə müayinə olunmaq üçün yollanır. Ya Türkiyədə, ya da Avstriyada müayinə, müalicə olunur. Hazırda da xaricdə müalicəsini davam etdirir. Səhhətindəki problemlə bağlı AMEA-dakı işlərini də hələlik təxirə salmalı olub. Ümid edirik ki, tam sağalıb yenidən ailəsinin və işinin başına dönəcək”.

Xatırladaq ki, Nizami Süleymanov 200-dən çox elmi əsərin müəllifidir. Həmçinin, 1992-ci ildə Azərbaycanda keçirilən ilk demokratik seçkilərə qatılaraq, prezidentliyə namizədliyini irəli sürüb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA