"Prezidentliyimin ilk 3 ayında Qarabağ emənilərdən azad olunacaq" - Anons

img

09-11-2016 [20:06]


ABŞ-da prezident seçkilərində Donald Trampın qalib gəlməsi dünyanın əsas gündəmini zəbt edib. Azərbaycanda da Trampın qalib gəlməsi günün mövzusudur.

Sosial şəbəkə iştirakçıları Donald Trampı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə müqaisə edərək hər iki şəxsin seçki kampaniyası dövründə verdiyi qalmaqallı açıqlamaları, rəqiblərini açıq formada tənqid etməsi barədə yazıblar.

Maraqlıdır, Hafiz Hacıyevin buna münasibəti necədir? Moderator.az-a danışan Müasir Müsavat sədri şəxsinin Donald Trampa bənzədilməsindən narahat olmadığını bildirdi: 
2014-12-16-17-11-05hafizn.jpg (960×640)
"Məni Donald Trampla müqayisə edən şəxslərə minnətdarlıq edirəm. Bundan narahat deyiləm. Artıq dünyada elə düzən formalaşıb ki, həqiqətləri qorxmadan deyən insanlar önə çıxmağa başlayıb. Bunun özü çox yaxşı haldır. Mən də Azərbaycanda 3 dəfə prezidentliyə namizəd olmuşam. Hər dəfə özüm seçilməsəm də qardaşım İlham Əliyevin seçilməsini alqışlayıb ona dəstək vermişəm. Mən həmişə fikirlərimi açıq ifadə etmişəm. Buna görə də mətbuatda gedən müsahibələrimi böyük xalq kütləsi oxuyuub bizə dəstək verir. Sözsüz ki, mən bunu xalqdan gələn mesaj kimi qəbul edirəm. Növbəti prezident seçkilərində də namizəd olub Azərbaycanın prezidenti seçiləcəm. Mənim prezidentliyimin ilk 3 ayında Qarabağ emənilərdən azad olunacaq və prezident iqamətgahı Xankəndinə köçəcək. Mən xalqıma çox şərəflə xidmət edib xalqımın içində olacam. Bütün işləri xalqımla məsləhətləşib həll edəcəm. Trampın çıxışları, mənim kimi atdığı addımları amerikalılar tərəfindən dəstəkləndi və o, ABŞ-ın prezidenti oldu. Mən bu günə qədər dediklərimə, elədiklərimə görə peşman deyiləm. Doğru yolda olmağım hər keçən gün daha da açıq - aydın görünür. Sosial şəbəkələrdə məni Trampla müqayisə edib prezident seçkilərində iştirak etməyimi arzulayan şəxslərə də səslənərək demək istəyirəm ki, növbəti prezident seçkilərində Donald Tramp kimi mən də prezident seçilib arzularınızı doğruldacam".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA