Elmar Məmmədyarov həmsədrlərlə iyun ayında görüzəcək

img

13-05-2010 [02:45]


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə iyunun əvvəllərində görüşəcək. Bu barədə həmsədrlərin birgə bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, həmsədrlər mayın 12-də Brüsseldə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşüblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların hazırkı vəziyyəti müzakirə olunub. Həmsədrlər iyunun əvvəllərində Azərbaycanın Xarici İşlər naziri ilə də eynilə görüş keçirmək niyyətindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA