09-11-2016 [14:23]
"Donald Trampın prezident seçilcəyini çoxları proqnozlaşdırmırdı. Çünki, müsəlmanları aşağılamışdı, "Meksika ilə sərhəddə divar tikəcəm” sözləri ilə milyonlarla Amerika vətəndaşı olan ispandillilərin səsini itirmişdi, qadınlar haqqında təhqiramiz fikirlər söyləmişdi. Həm də Tramp o qədər reallaşması mümkün olmayan vədlər vermişdi ki, bunun gerçəkləşəcəyinə çoxları inanmırdı.
Məsələn, Meksika hökumətini büdcə hesabına necə Amerika ilə sərhəddə divar tikməyə məcbur etmək olar və ya müsəlmanları necə ölkəyə buraxmamaq olar, axı, bu, irqi-ayrı seçkilikdir? Demək Amerikada hər şey mümkündür".
Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, amerikalılar Klintonun yerinə ona görə Trampa üstünlük verdilər ki, bu, sinanmamış siyasətçidir, onu yoxlamaq lazımdır:
"Çünki, Hillari Klinton nə qədər öndə görünsə də, dövlət katibi postunda xeyli yanlışlıqlar etmişdi. DAİŞ terorçu qruplaşması məhz Hillari Kllintonun dövründə yarandı, Liviyanın dağılması da onun "əsəri” idi. Tramp Klintonlar ailəsini tarixin arxivinə göndərdi".
Bəs, Donald Trampın prezidentliyindən nə gözləyə bilərik? Tramp vəd etdiyi kimi, Rusiya prezidenti Vladimir Putinlə dostlaşa biləcəkmi və ya İranla nüvə razılaşmasını dediyi kimi, zibil yeşiyinə atacaqmı?
Politoloqun sözlərinə görə, çətin ki, Tramp bunları edə biləcək:
"Məsələ burasındadır ki, Amerikada oturuşmuş siyasi sistem var və bəzən prezident bu sistemin gedişatına tabe olmaq məcburiyyətindədir. Obama Liviyaya müdaxilə etmək istəmirdi, ancaq Dövlət Departamenti, Pentaqon, üstəgəl onlarla müşavirin hazırladıqları hesabatlar Amerikanı hərbi müdaxiləyə sürüklədi və üstündən illər keçdikdən sonra Ağ Ev sahibi "Liviya əməliyyatı bizim böyük səhvimiz idi” dedi.
Əslində, Obama bununla öz cəmiyyətinə və beynəlxalq aləmə "ətrafım mənə qulaq asmadı və mən onların istəyinə tabe oldum” kimi üstüörtülü mesaj verdi. Obamadan olsaydı, Amerikada silah satışına da çoxdan qadağa qoyardı, ancaq o bu məsələnin həllində də acizdir. Barak Obamanın dövründə dünya daha çox qarışdı, qətllər və terror aktları hər yeri bürüdü. Barak Obama seçki öncəsi verdiyi ən böyük vədini də yerinə yetirmədi. "Quantanamo həbsxanasını qapadacam” deyən Obama 8 ildə bu vədinə xilaf çıxdı.
Bu deyilənləri Trampa da şamil etmək olar. Mümkündür ki, Tramp uğurlu iş adamı kimi Amerika iqtisadiyyatında, sosial sahədə və bank sektorunda nəsə uğur qazansın, ancaq eyni sözləri təhlükəsizlik və xarici siyasətə şamil etmək çətindir. Donald Tramp bəlkə bir sıra ölkəni xəritədə də göstərə bilməz. Ancaq Amerikanı yalnız prezidentlər idarə etmir. Dövlət Departamenti, Pentaqon, onlarla müşavir və onların hazırladıqları hesabatlar və yüzlərlə beyin mərkəzi – bütün bunlar prezidentlərin qərarlarına təsir edir.
Əgər Amerikanın siyasi sistemi Krımın işalına və Suriyada Bəşər Əsəd rejiminə verdiyi dəstəyə görə Rusiyaya qarşı sanksiyaların davamını diqtə edirsə, Tramp bunu gözardı edərək Putinlə asanlıqla dostlaşa bilməyəcək. Və ya Vaşinqton Tehranla nüvə razılaşmasına nail olmaq üçün uzun illər danışıqlar aparıb və İranın nüvə silahı əldə etmyəcəyinə dair zəmanət aldıqdan sonra bu ölkə ilə barışıb. Bu barış Amerikanın maraqlarına uyğundur. Ağ Evin yeni sahibi bu barışdan imtina edərsə bu Amerikanın ziyanına olacaq, çünki Tehran müqavilədən çıxmaqla nüvə silahı yaratmaqda sərbəst olacaq".
Donald Trampın Türkiyə üçün də qaranlıq qutu olduğunu söyləyən Elxan Şahinoğlunun sözlərinə görə, Barak Obama prezident seçildikdən sonra müsəlman ölkələri sırasında ilk öncə Türkiyəni ziyarət etdi:
Elxan ŞAHİNOĞLU
"Ankara ümid edirdi ki, məhz Obamanın dövründə Vaşinqtonla əməldə strateji əməkdaşlıq qurulacaq. Bu da olmadı. Əksinə, bu gün iki məsələdə Barak Obama administrasiyası Türkiyənin maraqları əleyhinə gedir. Birincisi, Vaşinqton Suriyadakı silahlı kürdlərə yardımını dayandırmayıb, ikincisi, 15 iyul hərbi çevrilişini təşkil edən Fətullah Gülən əvvəlkitək Amerikada rahat yaşayır. Bunun nəticəsində Ankara Vaşinqtonun bölgədəki əsas rəqibi Kremlə yaxınlaşır. Tramp Türkiyəni yenidən qazanmaq üçün həm silahlı kürdlərə dəstəkdən vaz keçməli, həm də Gülən problemini həll etməlidir".
Bəs Trampın prezidentliyi ABŞ-Azərbaycan münasibətlərinə nə vəd edir?
Politoloq deyir ki, Barak Obamanın prezidentliyi və Hillari Klintonun dövlət katibliyi dövründə ABŞ-Azərbaycan münasibətlərində irəliləyiş qeydə alınmadı. Tam əksinə, bu dövrdə Bakıda Amerikanın müxtəlif fondları və Konqresin maliyyələşdirdiyi "Azadlıq” radiosu qapandı, xarici qrantlara qadağa qoyuldu. Böyük ehtimalla Donald Tramp prezident seçildikdən sonra Bakıda inşası çoxdan tamamlanan "Trump Tower” binasının açılışı olacaq:
"Digər tərəfdən, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyə marağı yoxdur. Bu münaqişə Vaşinqton üçün son sıralarda yer alıb. Vaşinqton-Bakı münasibətləri yeganə olaraq enerji əməkdaşlığında müsbət tendensiyaya malikdir, sıx dialoq mövcuddur. Vaşinqton Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Bakıya hər cür dəstək verir, hətta bu məqsədlə Avropa İttifaqı dövlətlərində Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyəti aparır. Donald Trampın administrasiyası bu dəstəyi davam etdirəcək. Adətən respublikaçı prezidentlər geosiyasi amillərə önəm verirlər. Demək Tramp da bir respublikaçı kimi bu amildən çıxış edərək Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük verməlidir.
Unutmayaq ki, Amerikanın siyasi sistemi Azərbaycanın ayaqları üstündə möhkəm dayanmasında, dünyəvi müsəlman ölkəsi kimi inkişafında, o cümlədən Rusiyanın və İranın mümkün təsirlərindən qorunmasında maraqlıdır.
Bu, Azərbaycanın da maraqlarına uyğundur. Ona görə də rəsmi Bakı Vaşinqtonun regional siyasətindən nə qədər narazı olsa da, balanslaşdırılmış xarici siyasət çərçivəsində Amerikanın yeni administrasiyası ilə əməkdaşlığın yollarını axtarmalıdır".
Mia.az
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı
Agentlik büdcənin "ağzı"nı taybatay açıb - Türkiyədən jurnalist və blogerlərin ölkəmizə səfəri üçün 754 min manat xərclənəcək
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
Axtarışda olan iki azərbaycanlı Gürcüstandan ekstradisiya olunub
Baş redaktordan Su idarəsinin rəisinə sərt mesajlar: "Bu “hüquqşünas” ayıbına kor olmaq əvəzinə hələ utanmadan deyir ki.." (VİDEO)
Tramp–Əliyev xətti və İranın gələcəyi: Cənubi Azərbaycan üçün geopolitik pəncərə - TƏHLİL
Milli Məclisdə daha br sahə üzrə dinləmə keçiriləcək
Yaponiya növbədənkənar seçkiyə gedir - Parlament buraxıldı
Bakıda dəm qazı daha bir can alıb
Azərbaycan nefti ucuzlaşdı - 1.3 dollar
Şəkidə evdə partlayış olub
İlham Əliyevlə Paşinyan ayaqüstü söhbət ediblər - Davosda
Dövlət sektorunda işçilərin sayı azaldılr - Nə baş verir? (Şərh)
Avropa Liqası: "Fənərbağça" ilk 8-liyə qalma fürsətini qaçırdı
Türkiyə futbolunda mərc oyunu: daha 103 menecer cəzalandırıldı
Rusiya hərbi təyyarəsi Suriyaya gəldi - Moskva nə etmək istəyir?
Bloger ölkədən qaçdı: "Polis qorxusuyla hər gecə..."