"Trampın komandasında Cənubi Qafqazla bağlı kifayət qədər məlumatı olan ekspertlər var" - Səfir

img

09-11-2016 [14:02]


"Bu seçkilərdə dinc yolla hakimiyyətin ötürülməsinin şahidi olduq".

Bunu ABŞ-da seçkinin nəticələrinə münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

R. Sekuta bildirib ki, Hillari Klinton rəqibi Donald Trampı qələbə münasibətilə təbrik edib.

Diplomat demokratların prezidentliyə namizədi Hillari Klintondan fərqli olaraq, yeni prezident Donald Trampın Cənubi Qafqaz regionu barədə az məlumata malik olması barədə fikirlərlə razılaşmayıb: "Donald Trampın komandasında da Cənubi Qafqazla bağlı kifayət qədər məlumatı olan ekspertlər var". 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA