Şəhid ailəsinə məxsus fərdi yaşayış evi yandı

img

08-11-2016 [21:32]


Xaçmaz rayonunda şəhid ailəsinə məxsus fərdi yaşayış evi yanıb.

 "Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qarğalıq kəndində baş verib. 

Belə ki, həmin kənddə yaşayan Cavid Hilal oğlu Tağıyevə məxsus ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb. Yanğın zamanı xəsarət alan olmasa da 6 otaqlı yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmaz Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. İlkin ehtimallara görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA