ABŞ Dövlət Departamentininin nümayəndəsi Bakıya gəldi - Səfərin məqsədi

img

08-11-2016 [16:36]


ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun ictimai diplomatiya departamentinin direktor müavini Lillian deValkort Ayala Azərbaycanda səfərdədir.
 
Səfər noyabrın 7-də başlayıb və 3 gün davam edəcək. O, ABŞ-ın Azərbaycandakı səfirliyinin işi ilə tanış olacaq və Azərbaycanda medianın vəziyyəti ilə maraqlanacaq.
 
Bu gün Dövlət Departamentinin əməkdaşı Azərbaycanın media nümayəndələri ilə görüş keçirib. O, sabah universitet tələbələri ilə görüşəcək. 

Lillian deValkort Ayala Azərbaycandan sonra Gürcüstan və Ermənistana gedəcək. 

APA
   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA