Məktəb müəllimi boğuldu - Bədbəxt hadisə

img

08-11-2016 [16:26]


Ağsu rayonunda bədbəxt hadisə baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qəşəd kəndində qeydə alınıb. Kənd sakini, 1950-ci il təvəllüdlü Abdulhüseynov Oqtay Abduləli oğlu yaşadığı evin hamamında kustar üsulla quraşdırılan su qızdırıcısından içəri daxil olan dəm qazından boğulub.
 
Ailə üzvləri hadisədən gec xəbər tutublar və 66 yaşlı kişi dəm qazından boğularaq ölüb.
 
Oqtay Abdulhüseynov Qəşəd kənd orta məktəbinin müəllimi olub.
 
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA