"Ermənistan KİV son 20 ildə Gebbels ənənəsi əsasında..." - Bakıda olan erməni

img

08-11-2016 [13:41]


"Ermənistan KİV son 20 ildə Gebbels təşviqat-təbliğatının ən yaxşı ənənələri əsasında cəmiyyətin zombiləşdirilməsi ilə məşğul olub".

"Report" xəbər verir ki, bunu "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxışlar" mövzusunda keçirilən konfransda ermənistanlı hüquq müdafiəçisi Vaan Martirosyan deyib.
"Ermənistan cəmiyyətində son 2-3 ildə belə tendensiya formalaşıb ki, müxalifətin müxtəlif mitinq və yığıncaqlarında, sosial şəbəkələrdə Qarabağın onlara ağrı-acı, qan və pislikdən başqa heç nə vermədiyini açıq şəkildə deyirlər. Əvvəllər belə deyildi. Çünki dediyim kimi, Ermənistan KİV-i cəmiyyətin zombiləşdirilməsi ilə məşğul olub", - deyə hüquq müdafiəçisi bildirib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA