Kikboksinq üzrə ikiqat dünya çempionumuz güllələndi - Qətl

img

08-11-2016 [10:38]


Kikboksinq üzrə ikiqat dünya çempionu Cəbrayıl Cəbrayilov qətlə yetirilib.

29 yaşlı idmançı Rusiyanın paytaxtı Moskvada öldürülüb.
 
Paytaxtın ticarət mərkəzlərindən birinin yaxınlığında baş verən hadisənin təfərrüatlarını araşdıran Moskva hüquq-mühafizə orqanları artıq cinayətkarı yaxalayıb. Rusiyanın Şimali Qafqaz regionunun sakini olan qatil Azərbaycana qaçmaq istəyərkən tutulub.
 
O, Şeremetyevo hava limanında Bakıya uçan təyyarədə saxlanılıb. Bunun üçün havaya qalxmaqda olan təyyarəni saxlatdırmaq lazım gəlib.
 
Adı açıqlanmayan cinayətkarın dünya çempionunu öldürməsinə səbəb isə aralarındakı maliyyə mübahisəsi olub. Ticarət mərkəzinə yaxınlığında avtomobilin içində baş tutan mübahisə 31 yaşlı qatilin tapançadan atəş açması ilə nəticələnib. Sinəsindən güllələnən Cəbrayılovun cəsədini polis işçiləri mərkəzin yanından tapıb. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA