"TAP vaxtında öz fəaliyyətinə başlayacaq" - Elmar Məmmədyarov

img

07-11-2016 [20:54]


"TAP üzrə işlər gündən günə artır və inanırıq ki, vaxtında öz fəaliyyətinə başlayacaq".
 
Bu sözləri Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
 
O, italiyalı həmkarı ilə energetika sahəsinə müzakirələr apardığını deyib:

 "İtaliya gələn ildən ATƏT üçlüyündə  təmsil olunacaq. Hökumətlərarası komissiyanın növbəti iclası barədə də danışdıq. Həmçinin Heydər Əliyev Fondu İtaliyada geniş layihələr həyata keçirir. Bu da çox önəmlidir. İnanırıq ki, bu ay Brüsseldə Avropa İttifaqı strateji tərəfdaşlığa dair mandatı təsdiqləyəcək və biz danışıqlara başlayacağıq. Bu barədə müzakirə aparmışıq. Beynəlxalq təşkilatlarda iki ölkə daim əlaqədədir. İnanırıq ki, bunu davam etdirəcəyik".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA