Tramp seçilsə, o, ABŞ-ın son prezidenti olacaq - Qubad İbadoğludan proqnoz

img

07-11-2016 [13:05]


"Əgər Donald Tramp seçilsə, o, ABŞ-ın son prezidenti olacaq". 

Mia.az xəbər verir ki, bunu Azərbaycan Demokratik Rifah Hərakatının sədri Qubad İbadoğlu yazıb:

 "Sabah ABŞ vaxtı ilə ölkədə prezident seçkiləri start götürür. Bu marafonda çıxış edən Hillari Klinton və Donald Trampın uzun dövrdən başlayan kampaniyası bu gün başa çatır.

Tezliklə məlum olacaq ki, ABŞ növbəti 4 ildə kim və necə idarə edəcək. Bu ərəfədə hafizəmə həkk olunmuş bir maraqlı söhbəti sizinlə bölüşmək istərdim.

ABŞ-da yaşadığım dövrdə Duke Universitetinin professorlarından biri neçəsi ilə o zaman diqqətdə olan ilkin seçkilərə partiyalardan iddialı olan prezidentliyə namizədləri müzakirə edərdik. Onlardan biri belə bir dəyərləndirmə danışmışdı, əgər Marko Rubio seçilsə, o, ABŞ-ın ilk ispan mənşəli prezidenti olacaq, əgər Ted Kruz seçilsə, o, ABŞ-ın ilk kanadalı prezidenti olacaq, əgər Bernie Sanders seçilsə, o, ABŞ-ın ilk yəhudi mənşəli prezidenti olacaq, əgər Hillari Klinton seçilsə, o, ABŞ-ın ilk xanım prezidenti olacaq, əgər Donald Tramp seçilsə, o, ABŞ-ın son prezidenti olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA