"Əgər Hadı Rəcəbli ilə Prezident Aparatında söhbət olubsa..." - Əli Kərimlidən şərh

img

06-11-2016 [18:11]


Verdiyi cansıxıcı açıqlamaları ilə yenidən mətbuatın və sosial şəbəkələrin gündəmindən düşməyən deputat Hadı Rəcəbliyə daha bir etiraz da AXCP sədri Əli Kərimlidən gəlib.

Mia.az xəbər verir ki, AXCP sədri Hadı Rəcəblinin Prezident Administrasiyasına çağırılaraq danlanması barədə bəzi saytlarda yayılan xəbərə belə şərh verib:

"Hadı Rəcəbli ilə Prezident Aparatında söhbət olubsa da, təqribən belə olub:

- Hadı müəllim, siz ki təcrübəli adamsınız. Kommunist Partiyasında iş təcrübəniz var, 23 ildir bizimləsiniz, indiyə qədər öyrənməmisiniz ki, hər ürəyindən keçəni xalqa açıq demək olmaz? Bu, siyasətdir, Hadı müəllim. Deyib camaatı niyə qıcıqlandırırsınız? 

Bu işləri sakitcə eləmək lazımdır. Qarabağ qazilərinin, müəllimlərin, qaçqınların, köçkünlərin bəylərdən qalma güzəştlərini biz ləğv etmədik? Etdik! Ancaq demədik axı ki, Elçibəy hökuməti onlara bu güzəştləri vermişdi, biz də ləğv etdik. Demək yox, eləmək lazımdır. 

Siz heç görmüsünüz ki, biz "şəhid ailəsinin qanpulunu verməkdənsə, hər il Bakıda "Formula 1” keçirmək lazımdır” deyək? Yox, heç vaxt bunu dilimizə gətirmirik, ancaq sakitcə edirik".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA