İmişlidə böyük mağaza yandı - 400 minlik zərər

img

06-11-2016 [16:15]


İmişlidə ərzaq mağazası yanıb.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi səhər saat 5.50 radələrində İmişli şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən mağazada baş verib.
 
Rayon sakini, Nəsirov Vilayət Əlibaba oğluna məxsus ümumi sahəsi 300 m² olan mağazanın yanar konstruksiyaları 255 m² sahədə və içərisində olan ərzaq malları ilə birgə yanıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin İmişli Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın saat 06:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin versiyaya görə yanğına elektrik naqillərində yaranan qısa qapanma səbəb olub.
 
Mağaza sahibinə 400 min manat dəyərində ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA