Baş nazir nöqtəni qoydu: "Bunları məhv edəcəyik"

img

06-11-2016 [15:20]


"Bir yandan FETÖ, PKK, İŞİD, digər yandan bu terrorçuların arxasında duranlarla mübarizə aparırıq. Bu ölkəyə əl uzadanların kökünü qazıyacağıq. Sonunadək gedib, bunları məhv edəcəyik".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım bugünkü açıqlamasında deyib.

Onun sözlərinə görə, çörəklərini, yollarını bölüşə bilərlər: "Ancaq Türkiyənin bölünməsinə, buna cəhd edənlərə əsla imkan və aman verməyəcəyik".

Baş nazir CHP lideri Kamal Kılıcdaroğlunun demokratiya çağırışına da reaksiya verib: "Biz, bir yerdə demokratiyaya sahib çıxacağıq. Ancaq demokratiyaya sahib çıxmaq, terrora yol açmaq deyil". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA