Almaniya "bəhanə ola bilməz" deyib, Türkiyəyə qarşı çıxdı - Diplomat nazirliyə çağırıdı

img

04-11-2016 [15:44]


Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Türkiyənin Almaniyadakı müvəqqəti işlər vəkilini Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) üzvlərinin həbsi ilə bağlı danışıqlara çağırıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, nazirlikdən HDP siyasətçilərinin həbsinin vəziyyətin kəskinləşməsinə səbəb olacağı bildirilib.

Almaniya XİN-dən verilən məlumata görə, heç kim Türkiyənin terrorla mübarizə hüququnu şübhə altına salmır, amma bu, müxalifət susdurmaq və ya hətta həbsxanaya göndərmək üçün bəhanə ola bilməz.

Xatırladaq ki, dünən axşam saatlarında Türkiyədə HDP-nin iki həmsədri və bu partiyadan olan 11 deputat saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA