Ermənilərin Azərbaycana qarşı təxribatının qarşısını alınıb - Moskvada paradda

img

04-11-2016 [14:31]


Bu gün Moskvada Kreml meydanında "Xalqların Birliyi Günü” adlı parad keçirilib.

Mia.az cəbər verir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva üzrə rəhbəri Şamil Tağıyev APA-ya bildirib ki, paradda azərbaycanlılar fəal iştirak ediblər.

ÜAK, "Azərbaycan mədəniyyətinin inkişaf və intibah” Fondu və "Azərbaycan-Slavyan” Gənclər Assosiasiyasının qatıldığı paradda xeyli sayda Azərbaycan bayraqları, milli mədəniyyət nümunələri, Azərbaycanla bağlı şüarlar, o cümlədən "Qarabağ” ansamblının musiqi nömrələri nümayiş etdirilib.
Ş. Tağıyev bildirib ki, parad keçirilən vaxt bir qrup erməni separatçı Dağlıq Qarabağ rejiminin bayrağını nümayiş etdirməyə cəhd göstərib.

"Lakin azərbaycanlıların sərt reaksiyası nəticəsində polisin və Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən bunun qarşısı alınıb, qondarma qurumun bayrağı yığışdırıldı. Rusiya Prezident Administrasiyasının paradda iştirak edən rəsmisi də separatçıların bayrağını nümayiş etdirənlərə narazılığını çatdırdı", - deyə Ş. Tağıyev qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA