Yüksək vəzifəli məmura qarşı 90 min manatlıq dələduzluq

img

03-11-2016 [16:55]


Bakıda vəzifəli şəxsə qarşı külli məbləğdə dələduzluq edilib.

Mia.az report-a istinadən bildirir ki, Hüsaməddin Məlikov adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2009-cu ilin aprel ayında Bakı şəhər sakinləri Yaşar və Əlisafa adlı şəxslər onu aldadaraq 90 000 manat alıblar. O, şikayət ərizəsində ötən 7 il müddətində pulunu ala bilmədiyini vurğulayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. H.Məlikov "Azərbaycan Dəmir Yolları" QSC-nin Yük və kommersiya şöbəsində yüksək vəzifə tutur.

QSC-nin mətbuat katibi Nadir Əzməmmədov report-a açıqlamasında H.Məlikovun bu qurumda işlədiyini təsdiqləyib. Lakin o, QSC-nin vəzifəli şəxsinə qarşı dələduzluq edilməsindən xəbərsiz olduğunu bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA