Tale Heydərov: ?Qəbələdə futbol gələcəyə zəmin yaradır?

img

12-05-2010 [01:17]


Bu gün ?Qəbələ? futbol klubunun yeni baş məşqçisinin, icraçı direktorunun və qarşıda nəzərdə tutulan layihələrinin təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, mərasimdə klub prezidenti Tale Heydərov çıxış edib. O, 2005-ci ildə əsası qoyulan ?Qəbələ?nin futbol sahəsində yeni ad olduğunu bildirib. Tale Heydərov komandanın nailiyyətlərindən danışaraq bildirib ki, mükafatçılar sırasına daxil olmasalar da, müəyyən nailiyyətlər əldə olunub. Bu uğurlardan biri Qəbələdə futbol oyunu olmadığı bir vaxtda elə bir komandanın futbol ictimaiyyətinə təqdim olunmasıdır: ?Bu gün Qəbələdə futbol gələcəyə zəmin yaradır. Əsas məqsədimiz klubun peşəkar və uzunmüddətli inkişaf etdirilməsidir. Klubumuzun inkişafı üçün təməl uşaq futbolundadır. Bunu nəzərə alaraq ilk dəfə Uşaq Futbol Akademiyası yaratmışıq. Buraya Əli Yavaş başda olmaqla ?Qalatasaray?ın əməkdaşlarını dəvət etmişik. O vaxtdan 1.5 il vaxt keçib. İndi biz düzgün qərar verdiyimizin şahidiyik. Artıq 13, 15, 17 yaşadək komandalarımız Azərbaycan çempionatında liderdir, 7 futbolçumuz yığmaya cəlb olunub, 10-nu isə namizəddir. Aprel ayında uşaq komandaları arasında keçirilən turnirdə ?Çelsi?, ?Beşiktaş?, ?Fənərbaxça? kimi komandalarla görüşlərdə yaxşı nəticələr əldə etmişik. Biz komandanın inkişafı üçün də işlər görürük. Yenilikləri icra etmək üçün İngiltərədən mütəxəssislər cəlb etmişik. Alastair Saverimottonu icraçı direktor vəzifəsinə təyin etmişik. Ümidvaram ki, o komandamızın inkişafı istiqamətində uğurlu nəticələr əldə edəcək?. Daha sonra Alastair Saverimotto çıxış edib. O, bildirib ki, ?Qəbələ?nin icraçı direktoru vəzifəsində çalışmaq indiyədək işlər arasında ən çətin və mürəkkəb vəzifə olacaq. O, 2009-cu ilin avqustunda Bakıya gələndən sonra Azərbaycan futbolunda dirçəliş gördüyünü bildirib: ?İnanıram ki, klubumuz Avropada təsnifat mərhələsini keçəcək. Mən bunu AFFA-da keçirilən görüşlər zamanı söhbətlərdə də söyləmişəm. Komandanın böyük planları var, Azərbaycanda futbol infrastrukturunun inkişafı vacibdir. Təqdimat mərasimində komandanın yeni baş məşqçisi Toni Adams çıxış edib. O, çıxışına Azərbaycan dilində ?Salam? sözü ilə başlayıb. Yeni baş məşqçi deyib ki, ?Portsmunt? klubunda çalışdıqdan sonra doğru-dürüst adamlarla işləmək barədə qərar qəbul edib. Onun sözlərinə görə, Tale Heydərov, Fariz Nəcəfov kimi insanları gördükdən sonra doğru yerə gəldiyinə əmindir: ?Çox həyəcanlıyam. Konkret işlərə keçəcəyimiz günü səbirsizliklə gözləyirəm. Bu komandanın gənclərdən ibarət heyətinin oyununu izləmişəm və xoş təsir bağışlayıb. Görəcəyimiz işdən rahatam, məmnunam. Köməkçilərimlə bu işin öhdəsindən gələcəyimizə inanıram?. Toni Adams həmçinin bildirib ki, Azərbaycanda futbolun inkişafı üçün çalışacaq: ?Bu, unikal fürsətdir, əlimdən gələni edəcəyəm ki, İngiltərədə qət etdiyimiz yolu Azərbaycanda da qət edək?. Tədbirdən sonra ?Qəbələ? futbol klubunun yeni stadionu və məşq bazası təqdim olunub

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA