03-11-2016 [10:37]
Keçmiş baş prokuror Əli Ömərov gündəmin bir sıra aktual mövzuları ətrafında Moderator.az saytının suallarını cavablandırıb.
Mia.az həmin müsahibəni təqdim edir:
- Hakimiyyətdən yaranmış iqtisadi çətinliklərdən dolayı narazı qüvvələrin fəallaşması hiss edilir. Sizcə vəziyyəti sonadək kontrolda saxlamaq hökumətə müyəssər olacaqmı?
- Hər bir ölkə zaman-zaman iqtisadi çətənliklərlə üzləşir. Azərbaycan da bu məsələ ilə bağlı müstəsnalıq təşkil etmir. Bunu ölkə Prezidenti də öz çıxışlarında dəfələrlə qeyd edib və bildirib ki, qısa müddətdə bu çətinliklər aradan qalxacaqdır.
Mən, ölkə Prezidentinin səmimiyyətinə və söylədiklərinə inanıram. O ki qaldı narazılıqlara, bu barədə deyə bilərəm ki, ölkə Prezidentinin siyasəti ilə razı olmayan bir qrup qüvvələr, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da hər zaman olub və olacaqdır. Bu antaqonist bir vəziyyət yaratmır.
- Guya Əli İnsanovun müdafiə komitəsinə üzv olmağınız barədə də söz-söhbətlər dolaşır. Ümumiyyətlə, onunla şəxsi tanışlığınız var idimi və onun həbs müddətindən sonra təkrar cinayət məsuliyyətinə cəlb edilməsini necə qiymətləndirərdiniz?
- Məni istəməyən qüvvələr dəfələrlə barəmdə düzgün olmayan məlumatları cəmiyyətə yaymaqla məşğuldular. O cümlədən belə yalançı məlumatlardan biri də güya mənim Əli İnsanovun müdafiə komitəsinin üzvü olmağım barədə şaiyələrdir. Mənim Əli İnsanovun müdafiə komitəsinin olması barədə anlayışım və xəbərim yoxdur.
Tanışlığa gəldik də isə, biz onunla eyni zamanda Ümummilli lider Heydər Əliyevin komandasında işləmişik. Bundan başqa, hec bir yaxın münasibətimiz və əlaqəmiz olmayıb. O ki qaldı onun təkrar cinayət məhsuliyyətinə cəlb olunması məsələsinə, mən də bunu mətbuatdan oxuyub öyrənmişəm. Yenidən məhsuliyyətə əsaslı cəlb olunub-olunmaması barədə dəqiq fikir söyləyə bilmərəm. Çünki hal-hazırda istintaq davam edir və istintaq materiallarından mənə hec bir şey məlum deyil. Bunu o zaman demək olar ki, istintaq hansı nəticəyə gələrək qərar çıxaracaq.
- Cəmiyyətdə belə bir fikir dominantlıq təşkil edir ki, komandası bir çox məqamlarla bağlı ölkə başçısını düzgün məlumat vermir və sanki onu informasiya izolyasiyasında saxlamaq istəyirlər. Sizin müşahidələriniz nə deyir bu barədə?
- Komandasının Prezidenti bəzi məlumatlardan təcrid etməsi barədə cəmiyyətdə dolaşan fikirlərə gəldikdə bunu Prezidentin özü də cıxışında təstiq etmişdir ki, "Köməkçilərim məndən bəzi məsələləri gizlədir”. Bu barədədə Prezident yəqin ki müvafiq tədbir görmüşdür və görəcəkdir. Köməkcilərinin Prezidentə bəzi məlumatları çatdırmamaları fikirinə həm də ona görə inanıram ki, mənim sadiq Heydər Əliyevci, 91-lərdən biri, sabiq Baş prokuror, Həqiqi Dövlət Ədliyyə Müşaviri və YAP üzvü kimi Prezidentə dəfələrlə müraciət etməyimə baxmayaraq, heç bir cavab almamışam. İnanıram ki, əgər mənim müraciətlərim Prezidentə çatdırılsaydı, hörmətli İlham Əliyev mənə bir cavab verərdi.
- Ölkədə hətta siyasətdən başı çıxmayanlar belə vitse - prezidentliyə namizəd axtarışına çıxıb. Hərə öz arşını ilə ölçür bu məsələni. Əli Ömərovun gözaltıları varmı? Sirr deyilsə siz vitse - prezidentlər statusunda kimləri görürsünüz?
- Sizin bu sualınızdakı bir fikirlə tamamilə razıyam ki, vitse - prezidentlik vəzifəsini hərə öz arşını ilə ölcür. Mən bu arşınlardan tamamilə kanardayam, ona görə ki, cənab İlham Əliyev 15 ilə yaxındır Prezidentdir, müdrik siyasətçidir, Azərbaycan xalqını və onun nümayəndələrini yaxşı tanıyır, kimin hansı ruhda nəfəs almağını da yaxşı bilir, ona görə də öz şəxsi və siyasi baxışlarına müvafiq vitse -prezidentlər təyin edəcəkdir. Bu, həm də onun səlahiyyətlərinə daxildir.
- Ölkənin əsas gündəmi Eldar Mahmudovdur. Onun bu günədək həbs olunmaması da çoxsaylı suallar doğurub. Siz izləyirsinizmi baş verənləri? Sizcə proses Eldar Mahmudovun həbsinə doğru gedirmi?
- Eldar Mahmudov barədə olan məlumatları mən də hamı kimi mətbuatdan izləyirəm. Bir hüquqşünas kimi onu bildirmək istərdim ki, yazılanlar düzdürsə, o, dərhal həbs olunmalıdır. Belə ki, onun rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyi quldurlar yuvasına çevrilmiş, tabeçiliyində olan generallar və digər zabitlər Azərbaycan xalqına qarşı ağır cinayyətlər törətmiş, ayrı-ayrı insanları qarət etmiş, əsassız məhsuliyyətə cəlb edərək həbs etdirmişlər. Bundan başqa, Eldar Mahmudovun evindən dəyəri milyonlarla ölcülən qiymətli zinət əşyaları tapılaraq götürülmüş, dəyəri milyonlarla ölcülən mülklər və digər məişət və istirahət obyektləri aşkar olunmuşdur. Bunlar da mətbuatda bariz şəkildə öz ifadəsini tapmışdır.
- Eldar Mahmudovu şəxsən tanıyırdınızmı, onun bu qədər əliuzunluq edəcəyinin səbəbi nədir sizcə? Ona vəzifəmi azlıq edirdi, səlahiyyətmi, sərvətmi, yoxsa daha nə çatışmırdı onun üçün?
- Eldar Mahmudovu şəxsən yaxından tanımıram. Laki, Baş prokuror işlədiyim dövrdə o DİN-də SƏDM idarəsinin rəisi idi. Bir dəfə o, mənim qəbuluma gəlmişdi. Onu bir az gec qəbul etdiyimə görə, içəri daxil olaraq yekəxana şəkildə danışdı və mən də ondan mədəniyyətsiz davranışına görə xidməti kabinetimi tərk etməsini tələb etdim. Mən artıq o zaman hiss etdim ki, onu mədəniyyətsiz danışmağa vadar edən küllü miqdarda topladığı sərvətdir. Bunu da tarix sübut etdi. Belə ki, ona göstərilən etimadı taptalayaraq tamah ucundan dövlətin bel sütunu olan bir orqanı cinayət yuvasına çevirdi.
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Kamran Əsədovla bağlı yeni araşdırma başlayıb - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı
Agentlik büdcənin "ağzı"nı taybatay açıb - Türkiyədən jurnalist və blogerlərin ölkəmizə səfəri üçün 754 min manat xərclənəcək
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
Axtarışda olan iki azərbaycanlı Gürcüstandan ekstradisiya olunub
Baş redaktordan Su idarəsinin rəisinə sərt mesajlar: "Bu “hüquqşünas” ayıbına kor olmaq əvəzinə hələ utanmadan deyir ki.." (VİDEO)
Tramp–Əliyev xətti və İranın gələcəyi: Cənubi Azərbaycan üçün geopolitik pəncərə - TƏHLİL
Milli Məclisdə daha br sahə üzrə dinləmə keçiriləcək
Yaponiya növbədənkənar seçkiyə gedir - Parlament buraxıldı
Bakıda dəm qazı daha bir can alıb
Azərbaycan nefti ucuzlaşdı - 1.3 dollar
Şəkidə evdə partlayış olub