Elman Rüstəmov daha bir səlahiyyətini itirir - Qiymətli daşlarla əməliyyatlarına nəzarət edən orqan dəyişir

img

01-11-2016 [16:52]


Azərbaycanda bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət edən orqan dəyişir.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunun 16.3-cü maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət bank nəzarəti çərçivəsində qanunla müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası) tərəfindən həyata keçiriləcək.

Maddənin hazırda qüvvədə olan variantına görə, bu səlahiyyət Mərkəzi Banka aiddir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 11-də müzakirəyə çıxarılacaq.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA