“Bu əlaqələrin inkişafı iki ölkə prezidentinin diqqət mərkəzindədir” - Əli Həsənov

img

01-11-2016 [12:02]


"Rusiya-Azərbaycan regionlararası forum iki ölkə münasibətləri üçün mühüm meydandır”.

Bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov deyib. O bildirib ki, hər il Azərbaycan-Rusiya regionlararası foruma 500-dək nümayəndə qatılır.

"Bu foruma Rusiya əyalətlərindən, mərkəzi hökumətdən 250-dən çox nümayəndə qatılıb. İki ölkə münasibətlərinin geniş spektri, o cümlədən iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, humanitar sahədəki əlaqələr müzakirə olunacaq. Ötən forumdan bu vaxtadək görülən işlərlə bağlı hesabat yönümlü çıxışlar olacaq, qarşıdan gələn illər üçün təkliflər müzakirə ediləcək”, - deyə o vurğulayıb.

Ə. Həsənov qeyd edib ki, bu forum beynəlxalq və regional münasibətlərin indiki vəziyyətində çox aktualdır: "Forum iki ölkənin xalqlarının maraqlarına xidmət edir. Rusiya- Azərbaycan əlaqələri gündən-günə inkişaf edir. Bu əlaqələrin inkişafı iki ölkə prezidentinin diqqət mərkəzindədir”.
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA