Bakıda silahlı insident: - 25 yaşlı gənc güllələndi

img

01-11-2016 [10:27]


Bakıda silahlı insident olub.
 
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saat 21.00 radələrində Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. 

Qəsəbə sakini, 25 yaşlı Vasif Yunis oğlu Abdulov naməlum şəxs tərəfindən güllələnib. Ayağından güllə yarası alan V. Abdulov xəstəxanaya yerləşdirilib.
 
Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA