Nazirlik əməkdaşı özünü güllələyib - Rəsmi

img

31-10-2016 [12:53]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Saatlı rayon ərazi şöbsəinin məsləhətçi-müfəttişi ehtiyatsızlıqdan güllə yarası alıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata görə, oktyabrın 30-da nazirlyin əməkdaşı Kərim Səlimov ov tüfəngi ilə ehtiyatsız davranıb və açılan atəşdən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən hadisə yerindən "İJ-27" markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA