Marneulidə seçki etirazı: "Bu seçkinin legitimliyini qəbul etmirik” - Əhməd İmamquliyev

img

31-10-2016 [12:37]


"Şevardnadze dönəmindən sonra Marneulidə belə ləyaqətsiz seçki keçirilməyib".

Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Vahid Milli Hərəkat Partiyasının Marneuli rayonundan olan əslən azərbaycanlı namizədi Əhməd İmamquliyev söyləyib. Onun sözlərinə görə, Marneulidə keçirilən seçki saxtakarlıq və hədə-qorxu ilə yadda qaldı:

""Gürcü Arzusu" qələbəyə layiq deyildi. Bizim mübarizəmiz davam edir. Biz Bidzina İvanişvili ilə mübarizə aparan yeganə gücük. Rejimlə savaşımızı davam etdirəcəyik. Bu seçkinin legitimliyini qəbul etmirik”(Axar.az).

Qeyd edək ki, dünən Marneulidə Gürcüstan parlament seçkisinin II turu keçirilib. Seçkidə Gürcü Arzusu Partiyasının namizədi Tamaz Naveriani qalib gəlib. O, əsas rəqibi Əhməd İmamquliyevi az qala 50% səslə qabaqlamağı bacarıb.

Oktyabrın 8-də Gürcüstan parlamentinə keçirilən seçkilərin I turunda Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizəd irəli sürülən Əhməd İmamquliyev səsvermə zamanı 48,11%, Gürcü Arzusunun namizədi Tamaz Naveriani isə 43,43% səs toplamışdı. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA