Pənah Hüseyn parlament seçkisinə yönəlik oyun oynamaqda ittiham olunur

img

11-05-2010 [03:21]


?Pəhah Hüseynin İsa Qəmbər və Müsavat partiyası ilə bağlı dedikləri razılaşdırılmış oyunun ilk detallarıdır. Hesab edirəm ki, bu oyun parlament seçkisinə yönəlik göstərilən müəyyən cəhddir?. Bu fikirləri Azərbaycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı deyib. Onun fikrincə, P.Hüseynin dedikləri əslində siyasi səhnədə özünə, İsa Qəmbərə və Əli Kərimliyə nəfəs verməkdir: ?Bu oyunun əsas hədəflərindən biri, ola bilsin elə birincisi Mirmahmud Mirəlioğlunun kölgədə saxlamaqdır. Tanıyanlar yaxşı bilir ki, Mirmahmud Mirəlioğlu bir çox parametrlərə görə xeyli dərəcədə güclü bir şəxsiyyətdir. Öz mövqeyi olan insandır. Vətəndaşlar arasında sözü keçən və eşidilən siyasətçidir. Üstəlik onun iqtidara qarşı sabitqədəm mövqe nümayiş etdirməsi hər kəsə bəllidir. Bu mənada adını çəkdiyim üçlük bu gücün önə çıxmaması üçün əllərindən gələni edirlər. Baxın, müxalifətin vahid siyahı ilə parlament seçkisinə getməsini məhz Mirmahmud Mirəlioğlu irəli sürüb və vaxtın azlığını da önə çəkib. Həm AXCP, həm də Müsavat Partiyasının rəhbərliyi ilə görüşlər keçirib. Qarşı tərəf onun bu ideyasına sözdə reaksiya versə də əməldə bir iş görməyib. İndi həmin ideyanı dolayı yolla Pənah Hüseyn irəli sürür. Hesab edirəm ki, məqsəd odur ki, bu ideyanı özləlləşdirsinlər və öz istədikləri kimi icra etsinlər. Nə olur, olsun təki bu ideyanın açarı Mirmahmud Mirəlioğlunun əlində olmasın?. AİDP sədrinin sözlərinə görə, 2005-ci ildə də bu qüvvələr oxşar ssenari həyata keçirmişdilər: ?Həmin ilə Parlament seçkisi ilinin seçkisinin əvvəlində ?Bizim Azərbaycan? bloku hələ fəaliyyət göstərirdi. Amma Pənah Hüseyn və İsa Qəmbər bu qüvvəni saxlamaq əvəzinə ?Azadlıq? blokunu seçdilər və nəticə də göz qabağındadır. Halbuki ?Bizim Azərbaycan? qalsaydı müxalifətə olan inam də bu qədər sarsılmazdı və bu ilki seçki ərəfəsində də belə boşluq yaranmazdı?. T.Abbaslının fikrincə, İsa Qəmbərin bu oyuna getməsinin səbəbi də parlamentdən yer almaqdır: ?Xatırladım ki, ötən seçkidə də Müsavat məhz ?Azadlıq?ı seçməklə parlamentdən 5 yer ala bilmişdi. Mirmahmud Mirəlioğlunun yanında durmaqla, onun ideyasına dəstəkləməklə iqtidardan yer almaq mümkün deyil. Görünür onun yanında duranda əsl müxalifət imici yaranır və bu yolla nə isə qazanmaq mümkün olmur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA