Sabunçuda döyüş sursatı aşkarlandı - Qazıntı işləri zamanı

img

30-10-2016 [20:57]


Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda qazıntı işləri zamanı döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.

Mia.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb edilərək tapılmış sursata baxış keçirilib.

Müəyyən olunub ki, bu, istifadəyə yararsız 1 ədəd 82 mm çaplı minaatan mərmisidir. Sursat aidiyyəti üzrə təhvil verilib. Mütəxəssislər tərəfindən əraziyə əlavə baxış keçirilmiş, digər növ şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 14:35-də başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA