"Nazirliklər hər şeyi icra hakimiyyətlərinin üzərinə atıb..." - Deputatdan ittiham

img

29-10-2016 [11:58]


Prezident İlham Əliyev "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən icra hakimiyyətlərinin mədəni-maarif idarələrinin işini təşkil etmək məsələsi əllərindən alınıb. Bir çox ekspertlər nazirliklərə aid olan qurumların işinin ica hakimiyyətlərinin əlindən alınmasını və məsuliyyəti nazirliklərin boynuna qoymağı təklif edirlər.

Bununla bağlı millət vəkili Araz Əlizadə Ölkə.Az-a danışıb: "Mədəni-maarif məsələləri prezidentin fərmanı ilə icra hakimiyyətlərinin əlindən alındı. Bu əslində icra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması deyil, funksiyaların bölüşdürülməsidir. Funksiyaların bölüşdürülməsinin əhəmiyyəti ondan ibarətdir ki, nazirliklər çox zaman öz işlərini düzgün qurmayanda günahlarını icra hakimiyyətlərinin üzərinə atırlar.

Yaxın günlərdə Bakıda güclü yağışlar oldu, kanalizasiyalar işləmədi. "Azərsu"ya zəng edəndə deyirdi ki, bu icra hakimiyyətlərinin məsuliyyətidir. Ancaq icra hakimiyyətlərinin suya, kanalizasiyaya heç bir aidiyyatı yoxdur. Nazirliklər hər şeyi icra hakimiyyətlərinin üzərinə atıb, məsuliyyətdən yayınmaq istəyirlər. Prezidentin fərmanı o deməkdir ki, Mədəniyyət, Təhsil nazirlikləri var, məsuliyyəti də öz üzərinizə götürün".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA