Sumqayıtda dəhşətli yanğın - 3 nəfər zəhərləndi, 12 nəfər təxliyyə olundu

img

29-10-2016 [10:53]


Sumqayıtda kafelərdən birində güclü yanğın baş verib.

Mia.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın gecə saatlarında vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kafenin mətbəxində baş verib. Yüksək temperaturdan bitişik tikilmiş kafenin tavanının bir hissəsi əriyib.

Yanğın zamanı yaşayış binasından 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub və 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib. Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.

Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA