Azərbaycan Konstitusiyası referendumdan sonra yenidən çap olundu

img

28-10-2016 [16:13]


Azərbaycan Respublikasının Konstitusiyası bu il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendum) nəticələri əsasında redaktə olunaraq, yenidən çap edilib.

Milli Məclisdən bildirilib ki, ölkə Konstitusiyasının redaktə olunmuş yeni variantı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. 

Qeyd edək ki, referendum nəticəsində Konstitusiyanın 29 maddəsində 39 əlavə və dəyişiklik edilib. Referendumla Konstitusiyada prezidentin səlahiyyət müddəti 7 ilə qədər artırılıb. Bundan başqa, Azərbaycan prezidenti vəzifəsinə seçilmək üçün minimum yaş həddi 35-ə endirilib. Referendumla Azərbaycanda birinci vitse-prezident və vitse-prezident vəzifələri təsis olunub. Həmçinin, prezidentə Milli Məclisi vaxtından əvvəl buraxmaq və erkən seçkilərin keçirilməsi hüququ verilib.

Bundan əlavə, vətəndaşın Milli Məclisə seçilmək üçün yaş həddi 25-dən 18-ə endirilib.
modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA