Deputatın klinikasında baş verən ölüm hadisəsi - Baş Prokurorluqdan açıqlama

img

28-10-2016 [14:40]


Bakı şəhər prokurorluğu özəl klinikada baş verən ölüm hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, oktyabrın 26-da Biləsuvar rayon sakini, 2014-cü il təvəllüdlü Məhəmmədəli Həsənovun "Oksigen” klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi barədə Nərimanov rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.  

Qeyd edək ki, "Oksigen" klinikası Odlar Yurdu universitetinin rektoru Əhməd Vəliyevin oğluna məxsusdur. Klinikanın adı dəfələrlə müxtəlif hadisələrdə hallanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA