Müsavat Partiyası seçkiqabağı zona müzavirələrinə bazlayacaq

img

11-05-2010 [12:30]


Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, seçkilərə hazırlıq məqsədilə yaxın günlərdə ayrı-ayrı bölgələrdə zona müşavirələrinin keçirilməsi qərara alınıb. Sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Kür çayının suyunun daşması nəticəsində yaranməş vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb bəyanat qəbul edilib. Toplantıda ölkə mediasında yaranmış son durumla bağlı da müzakirələr aparılıb. Avropa İnsan Haqları Məhkəməsinin qərarından xeyli vaxt keçməsinə baxmayaraq ?Gündəlik Azərbaycan? və ?Realnıy Azerbaydjan? qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin, eləcə də gənc bloggerlər Emin Milli və Adnan Hacızadənin hələ də qanunsuz olaraq həbsdə saxlanılması, bütün bunlar azmış kimi Eynulla Fətullayev haqqında uydurma ittihamlarla yeni bir məhkəmə şousunun qurulması da qətiyyətlə pislənilib. Son vaxtlar ?Yeni Müsavat? qəzetinin baş redaktorunun 1-ci müavini Azər Ayxanın da saxta ittihamla həbs olunmaq təhlükəsi ilə üzləşməsi də müzakirə olunub və hakimiyyətdən bu oyunlara son qoyulması tələb edilib. Yığıncaqda ölkədə keçirilən gül bayramı ilə bağlı müzakirələr aparılıb. Qeyd edilib ki, terror qurbanı olan gənc tələbələrin həyatına biganə münasibət bəslənən bir ölkədə bu cür mənasız tədbirlərə milyonlarla manat pul xərcləməsi hakimiyyətin qəddar və talançı mahiyyətinin əyani göstəricisidir. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA