Pedaqoji Universitetində bədbəxt hadisə: 20 yaşlı tələbə qız ağır xəsarətlər aldı

img

27-10-2016 [13:46]


Azəbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bədbəxt hadisə baş verib.

ADPU-də təhsil alan Bərdə rayon sakini 1996-cı il təvəllüdlü Mustafayeva Tahirə Nazim qızı təhsil müəsisəsində pilləkənlərlə yuxarı qalxarkən ayağı sürüşüb. Nəticədə T.Mustafayeva pilləkənlərdən yıxılaraq kəllə-beyin travması alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, vəziyyəti stabil olaraq ağırdır.

20 yaşlı tələbənin pilləkənlərdən qalxarkən ayağının sürüşməsinə səbəb kimi orada aparılan təmir işləri göstərilir. Belə ki, pilləkənlərın üzərinə sürüşkən mayenin tökülməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA