27-10-2016 [13:39]
Elxan Şahinoğlu
Avropa İttifaqı ilə Azərbaycan arasında dialoq yenidən intensivləşib. Bir il bundan əvvəl Avropa Parlamenti Azərbaycan hakimiyyətinin siyasətini tənqid edən qətnamə qəbul etdikdən sonra Bakı Brüssellə əməkdaşlığı faktiki dondurdu. Azərbaycan "Avronest”dən də çıxdı. Ancaq üstündən bir il keçdikdən sonra belə vəziyyətin nə Avropa İttifaqının, nə də Azərbaycanın maraqlarına uyğun olduğu aydınlaşdı.
Avropa Parlamentinin Bakıya gələn nümayəndə heyəti prezident İlham Əliyevlə görüşdü, Azərbaycan parlamentində müzakirələr apardı. Bundan sonra rəsmi Bakı yenidən Avropa Parlamenti ilə əlaqələrin bərpasna qərar verdi. Əslində anormal vəziyyət yaranmışdı. Azərbaycan TAP və TANAP boru xətləri ilə öz qazını Avropaya çatdırmaq istəyir, digər tərəfdən Avropa İttifaqı Rusiyadan qaz asılılığını azaltmaq istəyir və buna görə Azərbaycan qazında maraqlıdır. Ancaq Brüssellə Bakı arasında dialoq azalmışdı.Ona görə də bu gərginliyə son verildi.
Hazırda vəziyyət belədir ki, rəsmi Bakı Avropa İttifaqı əməkdaşlığın genişləndirilməsi məqsədilə Brüsselə strateji saziş layihəsi göndərib. Avropa İttifaqı Azərbaycanla Ukrayna, Gürcüstan və Moldova ilə olduğu kimi assosiativ saziş imzalamaq istəyirdi. Ancaq rəsmi Bakı assosiativ sazişə maraq göstərmədi. Rəsmi Bakı bunun əvəzinə fərqli saziş hazırladı.
Hazırda bu sənəd Brüsseldə öyrənilir. Aydındır ki, rəsmi Bakı bu sənəddə enerji və ticarət əməkdaşlığını göstərən bəndlərə üstünlük verir. Brüssel bu bəndlərdən imtina etmir. Ancaq eyni zamanda həmin sənəddə siyasi və iqtisadi islahatlar, o cümlədən vətəndaş cəmiyyəti ilə bağlı bəndlərin də yer almasını istəyir. Digər tərəfdən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü də Avropa İttifaqı ilə əməkdaşlıqda əsas şərtlərdən biridir. Buna görə də Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq sazişinin müzakirəsi xeyli vaxt aparacaq.
Avropa İttifaqı Azərbaycandakı vəziyyəti diqqətlə izləyir. Azərbaycanda 26 sentyabr referemdumundan sonra Konstitusiyada dəyişikliklər edildi. Bu dəyişikliklər Azərbaycanda siyasi və iqtisadi islahatları sürətləndirməlidir. Doğrudur, referendumla bağlı Avropa İttifaqının mövqeyi Venetsiya Komissiyasının tənqidi mövqeyi ilə üst-üstə düşdü.
Buna baxmayaraq, Avropa İttifaqı referendumla bağlı kəskin tənqid səsləndirmədi, Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul etmədi. Çünki yenidən bu cür kəskin tənqid Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri birdəfəlik korlaya bilərdi. Ona görə də Brüssel sadəcə, seyrçi mövqeyində qaldı.
Azərbaycanın son 10 ildə kənar maliyyə yardımına ciddi ehtiyacı olmayıb. Çünki bu illərdə Azərbaycanın neft satışından əldə etdiyi gəlir bir çox iqtisadi və sosial problemi həll etməyə imkan yaradırdı. Hazırda həm neftin qiyməti, həm də Azərbaycanda neft istehsalı azalıb. Ona görə də Azərbaycanın beynəlxalq maliyyə qurumlarının kreditlərinə ehtiyacı yaranıb. Avropa İttifaqı tərəfdaşlıq etdiyi ölkələrə müxtəlif islahatlar məqsədilə maliyyə ayırır.
Bu maliyyənin həcmi böyük olmur. Ancaq bu maliyyə vəsaitləri müxtəlif dövlət qurumlarında struktur islahatlarının sürətləndirilməsi üçün istifadə edilir ki, Azərbaycanın da buna ehtiyacı var. Ancaq rəsmi Bakı Avropa İttifaqından maliyyə alarkən Brüsselin də istəklərini yerinə yetirməlidir. Azərbaycan hakimiyyəti artıq bir neçə addım atıb. Bunlardan biri oktyabrın 21-də İlham Əliyevin xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında imzaladığı fərmandır.
Sənədə əsasən, Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək, xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunu asanlaşdırmaq, bu sahədə şəffaflığı və ayrılan maliyyə vəsaitlərinin məqsədyönlü istiqamətləndirilməsini təmin etmək məqsədilə 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipi tətbiq ediləcək.
Bu fərman Azərbaycandakı müstəqil qeyri-hökumət təşkilatlarının xarici donorlarla birgə fəaliyyətindəki bütün maneələri ortadan qaldırmasa da, Brüssel tərəfindən müsbət qiymətləndirilib. Məsələ burasındadır ki, mövcud qadağalar xarici qrantların daha çox digər bölgə ölkələrinə - Gürcüstana və Ermənistana yönəlməsinə şərait yaradır. Azərbaycanın müstəqil qeyri-hökumət təşkilatları xarici donorlarla əməkdaşlıqdan məhrum olarkən, Gürcüstandakı və Ermənistandakı qeyri-hökumət təşkilatları milyonlarla avro sayəsində müxtəlif layihələr həyata keçirirlər.
Rəsmi Bakı bir neçə il öncə xarici qrantlara ona görə qadağa qoydu ki, bu maliyyə vəsaitləri ilə Azərbaycanda rəngli inqilabın əsasının qoyulacağından şübhələndi. Ancaq Azərbaycanda inqilab Avropa İttifaqının maraqlarına cavab vermir. Əksinə, "ərəb baharının” yaratdığı problemlərdən sonra Avropa İttifaqı Azərbaycanda davamlı sabitlikdə maraqlıdır. Avropa İttifaqının məqsədi Azərbaycanda inqilab yox, siyasi və iqtisadi islahatların sürətləndirməsində hakimiyyət orqanlarına dəstək verməkdir.
Bir sözlə, Avropa İttifaqının Azərbaycana qeyri-rəsmi mesajı belədir: "Bizim Sizə pisliyimiz dəyməz”.
Bu arada, Avropa İttifaqından daha bir nümayəndə heyəti Azərbaycana səfər etdi. Qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 25-də Azərbaycana səfər edərək prezident, müdafiə və xarici işlər nazirləri ilə görüşdü. Helber Salber Bakıdakı bu görüşlərdə dedi ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi zəruridir.
Aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqı ATƏT-i əvəz etməyəcək. Brüsselin belə bir istəyi də yoxdur. Buna baxmayaraq, Brüssel vəziyyəti daima nəzarət altında saxlamaq istəyir. Çünki, yaxın gələcəkdə Azərbaycan Avropa İttifaqının əsas regional tərəfdaşına çevriləcək. Bir neçə ildən sonra Azərbaycan qazı TAP və TANAP boru xətləri ilə Avropaya daşınacaq. Bu səbəbdən Avropa İttifaqı Cənubi Qafqazda sabitliyin davamlı şəkil almasında maraqlıdır.
Bölgədə mümkün müharibə Avropa İttifaqının maraqlarına ziddir. Ancaq Avropada onu da anlayırlar ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər bölgədə müharibə risqi yüksəkdir. Ona görə də bu risqin azaldılması məqsədilə Brüssel həm Bakı, həm də İrəvanla dialoqu intensivləşdirməyi və bu yolla Minsk Qrupu həmsədrlərinə dəstək vermək siyasətinə üstünlük verir.
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var