Polis YAP-ın qərargahını nəzarətə götürüb

img

10-05-2010 [03:36]


Polis hakim Yeni Azərbaycan Partiyası (YAP) qərargahının qarşısını nəzarətə götürüb. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev də əraziyə gəlib. Qərargahın qarşısında polislə yanaşı həmişə etiraz aksiyalarının dağıdılmasında iştirak edən mülki geyimli şəxslər də gözləmə mövqeyində dayanıblar. Azadlıq radiosunun xəbərinə görə, müxtəlif təşkilatları təmsil edən bir qrup gənc mayın 10-da YAP-ın qərargahı qarşısında etiraz aksiyası keçiriləcəyi barədə məlumat yayıb. Məlumatı yayan gənclərlə əlaqə saxladıqda, onlar bildiriblər ki, aksiya keçirmək fikirləri yoxdur. Sadəcə, polisin sayıqlığını yoxlamaq üçün belə ediblər. Mayın 10-u keçmiş prezident Heydər Əliyevin ad günüdür. Bu gün həmçinin H.Əliyevin anadan olması münasibətilə Azərbaycanda Gül bayramı keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA