Ağasəlim Mircavadov: ?Qol epizodunda top Adamiyanın əlinə dəymizdi?

img

10-05-2010 [02:34]


Unibank Premyer Liqasının ?Qarabağ?a qarşı dünən keçirilən matçda 1:2 hesablı məğlubiyyətə uğrayan ?Xəzər Lənkəran? klubunun baş məşqçisi Ağasəlim Mircavadov komandasının göstərdiyi oyundan razı qalmadığını bildirib. Qol.Az-ın müxbiri ilə söhbətində A.Mircavadov deyib ki, oyunun ilk hissəsində qapılarından iki qol buraxmaları onun üçün gözlənilməz olmayıb: ?Futbolda hər şey olur. Biz peşəkar insanlarıq və ona görə də hər şeyə hazır olmalıyıq. Rəqib birinci hissədə qapıya üç zərbə endirdi, onun ikisi qol oldu?. A.Mircavadov ?Qarabağ?ın ilk qolu vurduğu birinci epizoddan sonra ?Xəzər Lənkəran?ın qapıçısı Kamran Ağayevin hakimə etirazını haqlı sayır: ?Bəli, Kamranın da dediyi kimi, ilk qolun vurulduğu epizodda top ?Qarabağ?ın hücumçusu Georgi Adamiyanın əlinə dəymişdi. Biz oyunun videoyazısına baxmışıq. Hakimlik haqda danışmaq istəmirəm. Hər şeyi onun vicdanına buraxıram. Mən daha bu oyunla və bu məğlubiyyətlə maraqlanmıram. Əsas öz komandamdır?. A.Mircavadov ?Xəzər Lənkəran?ın ilk hissədə komanda oyunu nümayiş etdirə bilmədiyini söyləyib: ?Sabah Lənkərana yola düşürük. Allah qoysa, futbolçularla bu oyuna bir daha baxıb buraxılan səhvləri təhlil edəcəyik?. Uğursuzluğa baxmayaraq, ?Xəzər Lənkəran? yenə çempionluğa əsas namizəddir. Son turda ?Bakı?yla oyunda ?Xəzər Lənkəran?ın qələbə qazanacağına çoxları inanır. A.Mircavadov isə bildirir ki, hələ indidən bu haqda heç nə demək olmaz: ?Bu oyuna ciddi hazırlaşmaq lazımdır. Futbolçularla ciddi söhbətim olacaq. Onlar emosiyalarını cilovlayıb sakit olmalıdırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA