QHT sektorunda gözlənilməz addım - 17 QHT dövlət qeydiyyatına alındı

img

24-10-2016 [16:46]


Azərbaycanda daha 17 QHT qeydiyyata alınıb.

Bu barədə Hökumət-Vətəndaş dialoqu platformasının koordinatoru, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının Şura üzvü Alimammed Nuriyev verib.

Ə.Nuriyevin sözlərinə görə, MSŞA-nın problemlərinin həlli istiqamətində aparılmış dialoq öz bəhrəsini verib. Belə ki, bu günlərdə koalisiya üzvü olan 17 QHT dövlət qeydiyyatına alınıb. Eyni zamanda, MSŞA Koalisiyasının üzvü olan bütün problemli təşkilatların qrantlarının qeydiyyatı həllini tapıb, bank hesablarındakı həbs və vergi sanksiyaları götürülüb.

virtualaz.org 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA