Çoban xəyanətə görə arvadının başını kəsdi - Dəhşətli qətlin təfərrüatı

img

24-10-2016 [11:47]


Zərdab rayonu Yarməmmədbağı kəndində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Rayonun Yarməmmədbağı kəndindən AzNews.az-a verilən məlumata görə, Aqşin Astanov həyat yoldaşı Rüksanə Atsanovanı qısqanclıq zəminində öldürüb: "Aqşin Astanov 3 dəfə evlənib. Uşaqlarına da yaxşı baxmayıb. Kimsəsiz bir adamdır, çoban işləyir. Heç bir xəstəliyi yoxdur. Aqşinin atası uzun müddətdir ki, Rusiyada yaşayır. Anası isə kənddədir. Aqşin həyat yoldaşının ona xəyanət etdiyini bildirib. Hadisə səhər saatlarında baş verib. Aqşin arvadının 3 yerdən bıçaqla boğazını kəsib”.

Kənd sakinləri deyir ki, kimin haqlı olduğunu qanun deyəcək.

Xatırladaq ki, Zərdab rayonunda qətl hadisəsi baş verib. Rayonun Yarməmmədbağı kəndinin sakini 1983-cü il təvəllüdlü Aqşin Usub oğlu Astanov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA