Azərbaycanda dəhşət: - Ər arvadının başını kəsdi

img

23-10-2016 [20:39]


Zərdab rayonunda ər arvadını qətlə yetirib.

Hadisə bu gün səhər saatlarında rayonun Yarməmmədbağı kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Aqşin Usub oğlu Astanov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib.

Məlumata görə, şəxsi təsərrüfatların birində çobanlıq edən A.Astanov həyat yoldaşını qətlə yetirəndən sonra özü hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib. A. Astanov R. Astanovadan əvvəl iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA