23-10-2016 [16:19]
"Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək olardı. Əlbəttə, bu məsələni güc yolu ilə yoluna qoymaq imkanı da vardı. Ancaq bu, mənim seçə biləcəyim yol deyildi. Qanlı toqquşmalara yol vermək olmazdı. Ondan sonra normal münasibətlər qurmaq çox çətin, hətta mümkünsüz olur. Mən problemin güc yolu ilə həll edilməsi planını qətiyyən dəstəkləmirdim”.
Mia.az Strateq.az-a istinadən bildirir ki, bu sözləri Azərbaycana rəhbərlik etmiş, Kommunist Partiyasının sabiq 1-ci katibi Əbdürrəhman Vəzirov yazdığı "Mənim diplomatik xidmətim” adlı xatirələr kitabında qeyd edib.
Özünün rəhbər təyinatı barədə yazan Vəzirov bildirir ki, o, Azərbaycanda pis vəziyyətdə olan sosial-iqtisadi həyatla yanaşı, ölkəni kəskin şəkildə laxladan faciəvi Qarabağ münaqişəsi ilə üz-üzə qalıb.
"Mən, güzəşt tanımayan beynəmliləlçi, öz karyeramın ən pik nöqtəsində millətçilik dalğası ilə toqquşdum. Mən həmişə milli mentalitetə hörmət göstərilməsinin tərəfdarı olmuşam. Ancaq mağara millətçiliyinin qəti əleyhdarı olmuşam” – deyə Ə. Vəzirov bildirib.
Daha sonra Dağlıq Qarabağda separatçı hərəkatın baş qaldırmasının səbəbləri barədə yazan sabiq ölkə başçısı qeyd edir ki, "SSRİ-də konstitusiya yolu ilə həll olunmuş bu məsələ” separatçıların və onların himayədarlarının səyi ilə millətlərarası münaqişə müstəvisinə çıxarılıdı.
"Sovet sisteminin əsasını sarsıtmağa çalışan qüvvələr var gücü ilə belə münaqişələri alovlandırır, insanlar arasında inamsızlıq səpirdilər,” – deyə o vurğulayıb.
Ə. Vəzirov daha sonra yazır ki, Azərbaycanda milli birliyin olmaması separatçılara qarşı mübarizə imkanlarını zəiflədirdi: "Bakıda işlədiyim ilk günlərdə mən bütün qüvvəmlə Qarabağ probleminin sülh yolu ilə həll olunmasına çalışırdım. Amma münaqişədən öz xəbis məqsədləri üçün istifadə etməyə çalışanlar bu yeganə düzgün prosesə ciddi müqavmət göstərirdilər. Mənim prinsipial mövqeyim isə belə idi: qan tökülmədən, vətəndaşlar həlak olmadan problemi həll etmək!”
Ə.Vəzirov kitabında Qarabağ probleminin alovlanmasının ABŞ dairələri üçün də maraqlı olduğuna işarə vurub. Ə. Vəzirov bildirib ki, Qarabağ probleminin ən qaynar vaxtında -1989-cu ilin noyabrında ABŞ-ın SSRİ-dəki səfiri Cek Metlok Bakıya gələrək onunla görüşüb.
"Amerikalılar bizim ölkəmizdə baş verənləri çox diqqətlə izləyirdilər”, – deyə Vəzirov yazıb.
Xatırladaq ki, Cek Metlok özünün 1995-ci ildə yazdığı "İmperiyanın ölümü: Amerika səfirinin SSRİ-nin süqutuna baxışı” adlı kitabında Bakıya səfəri barədə yazıb.
Metlok qeyd edir ki, səmimi və diqqəti özünə çəkməyi bacaran Ə. Vəzirov, ola bilsin ki, Qarabağ məsələsindən çıxış yolu tapa bilərdi: "Lakin onun fəaliyyət azadlığı yox idi. O, Moskvanın laqeyd passivliyindən və "evində” qaynayan siyasi ehtirasların üzündən küncə sıxılmış halda idi”.
Ə. Vəzirov görüş zamanı ABŞ səfirinə deyib ki, Ermənistandan qovulan azərbaycanlılara qayıtmaq üçün kömək etmək lazımdır. Ancaq bunun o zaman mənası olar ki, ermənilər Dağlıq Qarabağa olan bütün iddialarından əl çəksin.
Daha sonra Vəzirov səfirə deyib ki, ermənilərin ərazi iddiaları Azərbaycan cəmiyyətini qəzəbləndirir və respublikalar arasında de-fakto müharibəyə aparıb çıxaracaq: "Vaxtında getmək milli lider üçün əsas məsələdir. Nə gec, nə tez – vaxtında… Mən Azərbaycana ölkənin taleyüklü dəqiqələrində gəldim. Artıq cin şüşədən çıxmışdı, "pandora yeşiyi” açılmışdı. Sovet İttifaqının dağılmasının əsası qoyulmuşdu”.
SSRİ-nin fövqaladə və səlahiyyətli səfiri Əbdürrəhman Vəzirov 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-nədək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb.
Ə.Vəzirov sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib. Yanvar qırğınından sonra vəzifəsini tərk edərək Moskvaya gedib. Azərbaycanda haqqında cinayət işi qaldırılıb. Hal-hazırda Əbdürrəhman Vəzirov Moskvada yaşayır.
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib