Məmur maşını qadını vurdu - Hadisə

img

21-10-2016 [23:17]


Siyəzən rayonunda piyadanı maşın vurub.

Mia.az Report-a istinadən xəbər verir ki, hadisə Siyəzən-Zarat yolunun Beşdam kəndi ərazisindən keçən 11-ci km-də baş verib.

Belə ki, Siyəzən rayonu, Beşdam kənd sakini, 1979-cu il təvəllüdlü Cəfərova Bibixanım Elman qızı yolu keçmək istəyərkən "53-AA-076" dövlət qeydiyyat nişanlı "KİA Rio" markalı minik maşını tərəfindən vurulub. Sürücünün kimliyi barədə hələlik məlumat yoxdur.

Xəstəxanadan verilən məlumata görə, xəstə müştərək qapalı kəllə-beyin travması, alın nahiyəsinin çapılmış yarası, aşağı ətrafların sıyrılmış yaraları diaqnozu ilə stasionar müalicəyə cəlb olunub.

Faktla bağlı Siyəzən Polis şöbəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA