Gömrükdə yoxlama - Faktlar araşdırılır

img

21-10-2016 [16:23]


Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobilə gömrük baxışı keçirilib.

Mia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa buferinin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilən, 19 ədəd "Samsung Galaxy J1 mini”, 5 ədəd "Samsung Galaxy J1” və 6 ədəd "Samsung Galaxy J3” markalı telefonlar,  avtomobilin ön sağ təkərindən isə 30 ədəd "Samsung” markalı adaptelər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA