21-10-2016 [09:54]
Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçiriləcəyi barədə deyilənlərin əsassız olduğunu Rusiyanın "Sputnik” agentliyinə müsahibəsində bəyan etdi: "Bizim seçkilərin vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bilirəm Azərbaycanda, onun hüdudlarından kənarda hansı söz-söhbətlər gəzir.
Belə plan yoxdur və mən buna zərurət görmürəm. Mənim iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki il sonra olmalıdır, ona görə də hələ hansısa qərar vermək üçün hələ tezdir. Əgər mən bugünkü kimi əhalinin dəstəyini hiss etsəm o zaman əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam”.
Müstəqil siyasi ekspertlər, hakimiyyətə yaxın deputatlar hesab edir ki, bu açıqlaması ilə dövlət başçısı yaxın vaxtlarda növbədənkənar prezident seçkilərinin təyin ediləcəyi barədə xeyli vaxtdır yayılan söz-söhbətə son qoymuş oldu. Bəlli oldu ki, ölkədə prezident seçkiləri əvvəldən nəzərdə tutulduğu vaxtda - 2018-ci ildə keçiriləcək.
Müxalifət düşərgəsindəki tanınmış bir sıra partiyaların liderləri isə bildiriblər ki, konstitusiyada yeni dəyişikliklər növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi zərurətini yaradır. Onların fikrincə, konstitusiya ilə icra strukturlarının və qanunverici orqanın vəziyyətində dəyişiklik olubsa yeni seçkilər keçirilməlidir. Çünki 2013-cü ildə keçirilən prezident seçkilərində xalq konstitusiya ilə səlahiyyətləri başqa olan prezidentə səs verib.
Prezident isə artıq qeyd etdiyimiz kimi, növbədənkənar seçkilərin nəzərdə tutulmadığını açıqlayıb. Konstitusiyadakı yeniliklərdən birinin idarəçilikdə vitse-prezidentlər institutunun tətbiqinin nəzərdə tutulduğu da məlumdur.
Bəs, əgər növbədənkənar prezident seçkisi keçirilməsə, vitse-prezidentlərin təyinatı məsələsi necə olacaq? Vitse-prezidentlərin təyinatı da 2018-ci ildə keçiriləcək prezident seçkilərindən sonraya saxlanıla bilərmi, yoxsa prezident istənilən vaxt vitse-prezidentlər təyin eləyə bilər?
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, Milli Məclisin üzvü, BQP sədri Fazil Mustafanın sözlərinə görə, konstitusiyada dəyişiklikdən sonra mütləq növbədənkənar prezident seçkilərinin keçirilməsi tələbi qanunda əksini tapmayıb:
"Prezidentə əlavə səlahiyyətlər verildi, müvafiq institutların yaradılması konstitusiyada əksini tapdı. Prezident öz mülahizəsinə görə müəyyən eləyə bilər ki, seçki erkən keçirilsin, yoxsa vaxtında. Prezidentə səlahiyyət verilib ki, növbədənkənar seçkilər təyin edə də bilər, təyin etməyə də bilər. Konstitusiyada ”növbədənkənar seçkilər mütləq təyin edilməlidir" kimi tələb yoxdur.
Konstitusiyada yeni dəyişikliyə görə, prezident bundan sonra 7 illiyinə seçiləcək. Bu dəyişiklik bütün hallarda keçmişə şamil olunmur. Yəni 2013-cü il seçkilərində seçilmiş prezident beş illiyinə seçilib və bu müddət 2018-ci ildə bitəcək. Prezident istəsə, bu beş illik müddət tamam olmadan yeni seçkilər təyin edə bilər, istəsə, yeni seçki təyin etməz və seçki 2018-ci ildə keçirilər və bu zaman seçilən prezidentin səlahiyyət müddəti 7 il olacaq.
Bugünlərdə prezident tərəfindən açıqlandı ki, növbədənkənar seçkilər nəzərdə tutulmur, seçki vaxtında-2018-ci ildə keçiriləcək. Burada heç bir konstitusiyaya zidd məsələ yoxdur. Prezidentin açıqlaması tamamilə hüquqa uyğundur. Prezidentə 5 illik səlahiyyət verilib və referendumda da yeni səlahiyyətlər verildi. Prezidentin 5 illik səlahiyyət müddəti hələ bitməyibsə, sırf mənəvi kriteriyalarla növbədən prezident seçkisi təyin edilə bilər. Amma 5 illik etimadın müddəti bitmədiyi üçün də bu addımı atmamaq hüququna sahibdir".
Vitse-prezidentlərin təyinatı məsələsinə gəldikdə, deputat qeyd edib ki, müəyyən əsasnamələrin hazırlanması, bu vəzifədə olan şəxslərin müəyyən statuslarının dəqiqləşdirilməsi, sənədləşdirilməsi vaxt aparan işlərdir. Çox güman ki, bu məsələlərin həllindən sonra vitse-prezidentlərin təyinatı məsələsinin üzərinə gəlinəcək:
"Çünki dəqiq səlahiyyətlər bölgüsü aparılmalıdır ki, məsələn, bilsin ki, baş nazirin səlahiyyətləri nədir, vitse-prezidentlərin səlahiyyətləri nədir. Səlahiyyət bölgüsü aparılmasa, müəyyən prosedur və idarəetmə problemləri yarada bilər. Bu məsələlər həllini tapandan sonra prezident istənilən vaxt birinci vitse-prezident və vitse-prezidentlər təyin eləyə bilər. Qanunda konkret tələb qoyulmayıb ki, dəqiq filan vaxtda və ya filan vaxta qədər bu təyinatlar həyata keçirilməlidir.
Prezidentin səlahiyyətindədir ki, istədiyi vaxt təyinat həyata keçirsin. Ona görə də təyinatların hələ reallaşmaması qanun pozuntusu deyil. Biz siyasətçilər ancaq tövsiyə eləyə bilərik ki, filan qurumun formalaşması tez olsun-gec olsun. Nə zaman təyin etmək isə prezidentin səlahiyyətindədir. Prezidentin hətta vitse-prezidentlər təyin etməmək imkanı var. Çünki qanunda hər hansı bir şəkildə məcburi norma əksini tapmır.
Odur ki, prezident istəsə, vitse-prezident təyinatlarını hətta 2018-ci ildə həyata keçirə bilər. Referendum təyin edilən zaman biz qeyd edirdik ki, bu məsələ daha çox xarici təhlükəsizliklə bağlı məsələlər ətrafında gündəmə gəlib. Bu, idarəetmədən daha çox, ölkə təhlükəsizliyi ilə bağlı boşluqların yaranmaması düşüncəsi ilə ortaya çıxan məsələ idi. Ona görə də hər hansı bir şəkildə beynəlxalq vəziyyətin gərginləşməsi anında bu addımın atılması mümkün ola bilər”.
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var