"Minsk Qrupu Qarabağ münaqişəsinin nizamlanmasında konstruktiv rol oynaya biləcəksə,..." - Zaxarova

img

20-10-2016 [17:14]


"Rusiya ATƏT-in Minsk qrupunun üzvü kimi Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirakını alqışlayır".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. "Minsk qrupunun üzvləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konstruktiv rol oynaya biləcəksə, Rusiya bunu yalnız alqışlaya bilər" - M.Zaxarova bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun birbaşa vəzifəsi fəal olmaq və münaqişənin həllinə konstruktiv töhfə verməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA